Almaniyanın keçmiş kansleri Angela Merkel (2005-2021-ci illərdə bu vəzifədə olub) özünü Ukrayna münaqişəsində vasitəçi kimi görmədiyini bildirib.
Bizimyol.info xəbər verir ki, o bunu çərşənbə axşamı Berlində keçirilən tədbirdə KİV-in suallarını cavablandırarkən qeyd edib.
Ukraynada gərginliyin azaldılmasına nail olmaq üçün Rusiya prezidenti Vladimir Putinlə niyə telefon danışığı aparmadığını soruşduqda o, “Hazırda bunun faydalı olacağını düşünmürəm. İndiki zamanda belə bir addım atmaq münasibətlərin tamamilə qopmasına səbəb ola biləcəyini düşünürəm. Hadisələrə reaksiya zamanla dəyişə bilər. Ehtiyac yaranarsa, biz şəxsi mövqeyimizdən də istifadə edərik. Hələ ki, o zamanın gəlmədiyini düşünürəm”, - deyə keçmiş kansler qeyd edib.
"Məncə, Almaniya hökumətinin məndən tələb etmədiyi şeyləri etməməliyəm. Çünki ölkəni iadarə edənlər təkcə bu gün deyil gələcək üçün də strateji hədəflər seçirlər. Biz onlara yalnız kömək etmək istəyirik. Ölkənin təməl siyasi xəttindən kənar hərəkətlər hər iki tərəf üçün xoş olmayan nəticələrə səbəb ola bilər", - deyə artıq rəsmi vəzifələrdə olmayan Merkel bildirib.
Bu, onun kansler vəzifəsindən istefa verdikdən sonra mətbuata ilk çıxışı idi. O, əvvəllər Ukraynadakı vəziyyət barədə danışıb, lakin əsasən öz mətbuat xidməti vasitəsilə. İyunun 1-də keçmiş hökumət başçısı Almaniya Həmkarlar İttifaqları Assosiasiyasının (DGB) tədbirində çıxış edərək ilk dəfə olaraq Ukraynada hərbi əməliyyatlar mövzusuna açıq şəkildə toxunub.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynada ərazisində "xüsusi hərbi əməliyyat" elan edib. O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsədlər ölkənin demilitarizasiyası və denazifikasiyasıdır.
Hazırda Rusiya Ukraynanın 20%-ə yaxın ərazisini işğal edərək öz nəzarəti altında saxlayır.
Qadir, Bizimyol.info