Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya qoşunlarını cənubdakı mövqelərdən çıxarmağa başlayıb
Rusiya qoşunlarını cənubdakı mövqelərdən çıxarmağa başlayıb

"Rusiya işğlçı qüvvələri Zaporojye vilayətindəki mövqelərdən qoşunlarını geri çəkməyə başlayıb".

Bizimyol.info xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) xülasəsində bildirilir.

Analitiklərin fikrincə, işğalçılar bunu iki səbəbdən etmək qərarına gəliblər. Ya itkilər vermiş bölmələri arxaya cəkməklə onları yenidə komplektləşdirilməsini həyata keçirmək, ya da Xerson vilayətinin şimal-qərbində Rusiya ordusunun müdafiə xəttini gücləndirmək məqsədi daşıya bilər. Lakin "ISW" ​​hazırda bu qüvvələrin harada olduğunu təsdiq edən məlumata saib olmadığını qeyd edib.

Bundan əlavə, Rusiya qoşunları İnqulets çayının qərb sahilinə, hazırda Ukraynanın nəzarətində olan ön mövqelərə qayıda bilməyiblər.

Qeyd edək ki, daha əvvəl Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Starux məlumat verib ki, Rusiya işğalçıları Melitopoldan və Zaporojye şəhərindən təxminən 45 km cənubda yerləşən Vasilyevski rayonunun bir hissəsindən, ola bilsin, rotasiya çərçivəsində qoşunları çıxarırlar. Onun sözlərinə görə, işğalçılar Xerson istiqamətində hərəkət edirlər.

Daha əvvəl "ISW" məlumat vermişdi ki, mayın sonundan Rusiya qoşunları Vasilyevka və Melitopolda şəxsi heyəti və köhnəlmiş "T-62" tanklarını toplayır.

"Rusiya qüvvələri bu qoşunları Ukraynanın Xerson vilayətində əks-hücumlarından öz mövqelərini qorumaq üçün göndərə bilər. Onlar həmçinin üç cəbhəyanı yaşayış məntəqəsində toqquşmalarda iştirak ediblər, lakin iyunun 7-də Zaporojye vilayətində hücum əməliyyatları təşkil edilmədiyini bildirən məlumatlar var",- deyə ekspertlər açıqlama veriblər.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Zaporojye və Severodonetsk istiqamətlərini cəbhənin ən təhlükəli istiqamətləri adlandırıb. Ötən gün Ukrayna ordusunun Severodonetsk şəhərinin bir hissəsini azad etdiyi barədə məlumat verilmişdi.

Bir neçə gün əvvəl isə Rusiya Ukraynada daha bir generalını itirib. Ehtimal edilir ki, Rusiya əsgərləri döyüşməkdən imtina etdiklərinə görə general özü ön cəbhəyə gəlib və orada həyatını itirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »