Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ bu il üçün neft qiymətləri üzrə proqnozunu yüksəldib
ABŞ bu il üçün neft qiymətləri üzrə proqnozunu yüksəldib

ABŞ Energetika Nazirliyi 2022-ci ildə “Brent” markalı etalon neftin qiyməti ilə bağlı proqnozu 103,35 dollardan 107,37 dollaradək korrektə edib.

“Report”un verdiyi xəbərə görə, 2022-ci ilin iyul-dekabr aylarında “Brent” kotirovkaları orta hesabla bir barel üçün 108 dollar səviyyəsində qalacaq, 2023-cü ildə isə 97 dollar/barelə enəcək.

Bundan əlavə, enerji departamenti 2022-ci ildə ABŞ-da gündəlik neft hasilatı proqnozunu 10 min barel artıraraq sutkada 11,92 milyon barrelə çatdırıb.

Gələn il hasilata dair gözləntilər 120 min barel artaraq sutkada 12,97 milyon barrelə çatıb. Bu, ölkədə neft hasilatının maksimum səviyyəsinə çevrilə bilər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »