Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin əhalisinin artımı 60 ildən sonra dayanmağa başlayıb
Çin əhalisinin artımı 60 ildən sonra dayanmağa başlayıb

Dünyanın ən çox əhalisi olan ölkəsi Çindir. Amma, deyəsən, tezliklə birinci pilləni Hindistan ələ keçirəcək. Çünki Çinin əhalisinin artımı 60 ildən sonra dayanmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, Asiya dövlətində böyük aclıq illərindən sonra belə tendensiya müşahidə edilməmişdi. 1959-61-ci illər böhranından bəri Çinin əhalisi sürətlə artırdı. Syutszyan Penin təqdim etdiyi hesabat fərqli reallığı ortaya qoyub. 2021-ci ilin statistikasına görə, ölkə əhalisi cəmi 480 min artıb. Halbuki bundan bir il əvvəl 8 milyon nəfərdən söhbət gedirdi.

Təxminən 40 il əvvəl Çində 660 milyon nəfər yaşayırdı. Əhali xeyli sürətlə artaraq 1.4 milyard nəfəri keçib. Amma artımın dayanması əsrin sonuna qədər fərqli mənzərənin yaranacağından xəbər verir. Şanxay akademiyasında 587 milyon nəfərə qədər azalma proqnozlaşdırırlar.

1980-ci illərə Çində bir qadına düşən uşaq sayının orta göstəricisi 2.6 idi. İndi rəqəm 1.15-ə düşüb. Məsələn, ABŞ və Avstraliyada bir qadına düşən uşaq sayının orta göstəricisi 1.6, Yaponiyada 1.3-dür.

2016-cı ildə Çin hökuməti qəribə stimullaşdırıcı təbliğata başlamışdı. Deyilirdi ki, hər ailə minimum üç uçağa sahib olsun, bununla vergilərdən azad edilməklə şirnikləndirirdilər. Amma təbliğatın effekti olmadı. Çinli qadınlar dünyaya uşaq gətirməyə həvəsli deyillər. Xüsusilə pandemiya onların gözünü qorxudub. İndi uşaq böyütmək çox baha başa gəlir. Digər yandan çinlilərdə biruşaqlı ailələrə vərdiş yaranıb. Biz hələ nikah yaşının çox artmasından danışmırıq.

Biruşaqlı Çin ailəsi modeli 1980-ci illərdə yaradıldı. Hökumət qadağalar qoydu. Bu isə qız uşaqlarının doğuşunu azaltdı. Ailələr əsasən oğlan doğulmaq ehtimalı zamanı dünyaya övlad gətirmək qərarı verməyə başladı.

Çinin başqa problemi də var. Əhali qocalır. Yəni pensiya yaşına çatanların sayı əhalinin nəzərəçarpan dərəcədə ciddi hissəsini təşkil etməyə başlayıb. 2080-ci illərdə vəziyyət daha acınacaqlı olacaq. Çin səhiyyə və yaşlı insanlara qayğı xərclərini artırmaq məcburiyyətində qalacaq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »