Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İbrahim Kalın Stoltenberqin ofisinin direktoru ilə görüşüb
İbrahim Kalın Stoltenberqin ofisinin direktoru ilə görüşüb

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önal NATO Baş katibinin şəxsi ofisinin direktoru Stian Jenssenlə görüşüb.

APA xəbər verir ki, görüşdə Türkiyənin keçmişdə və hazırda NATO-ya verdiyi töhfələr müzakirə edilib, Türkiyənin NATO-dakı rolunun əhəmiyyətindən bəhs olunub.

Görüş zamanı Finlandiya və İsveçin NATO-ya üzvlüyü, Türkiyənin terror təşkilatları ilə bağlı narahatlıqlarına dair fikir mübadiləsi aparılıb.

Türkiyəyə yönəlik təhdidlərin bütün Alyansa qarşı olduğu diqqətə çatdırılıb.

NATO Baş katibi Yens Stoltenberqin səylərinin Türkiyə tərəfindən təqdir olunduğu vurğulanıb.

Ukrayna müharibəsinin qlobal təsirlərinin davam etdiyi bir dövrdə Alaynsın əhəmiyyətinin bir daha ortaya çıxdığına toxunulub, müharibənin sona çatması və ərzaq təhlükəsizliyi istiqamətində atılan addımlar dəyərləndirilib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »