Türkiyə hazırda Rusiyanın təcavüzünə görə limanlarda saxlanılan Ukrayna taxılını 25% endirimlə almaq niyyətindədir.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Vahit Kirişçinin sözlərinə istinadən Türkiyənin “Yeni Şafak” qəzeti məlumat verib.
"Ukrayna ilə taxılın 25 faiz endirimlə alınması ilə bağlı razılaşmalar var. Bununla belə, onlar məhsulların təhlükəsiz ixracı məsələlərində dilemma ilə üzləşiblər və Türkiyənin bu prosesdə nəzarət edən tərəf rolunu oynamasını istəyirlər. Həm Rusiya, həm də Ukrayna bizə etibar edir”, - deyə nəşr Kirişçinin sözlərinə istinadən məlumat verib.
Kənd Təsərrüfatı və Meşə naziri qeyd edib ki, Ukraynanın taxıl ixracının qarşısını almaq üçün intensiv diplomatik vasitəçilik edən Türkiyə bu həftə Ukrayna, Rusiya və BMT nümayəndələri ilə birgə “yaşıl” dəhlizlərin yaradılması məqsədini reallaşdırmaq üçün iki mühüm görüş keçirəcək.
Ukrayna mətbuatının daha əvvəl xəbər verib ki, iyunun 6-da prezident Vladimir Zelenski bildirib ki, Ukrayna taxılın maneəsiz ixracını təmin etmək üçün limanların blokdan çıxarmaq məqsədi ilə bir sıra ölkələr və Birləşmiş Millətlər Təşkilatı ilə intensiv danışıqlar aparır.
Dövlət başçısı əlavə edib ki, bu məsələni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da müzakirə edib.
Zelenskinin sözlərinə görə, Kiyev taxıl ixracının alternativ yollarını araşdırır. Lakin Ukrayna Belarus dəmir yolu ilə taxıl ixracı təklifini nəzərdən keçirməyə hələ hazır deyil. Son günlər Belarusun Ukrayna sərhədlərində ordu yeniləməsi etməsi ilə bu varianta baxış ehtimalını daha da azldıb. Ərazisində müharibə gedən dövlət strateji sərvətini risqə atmağı düşünmür.
Xatırladaq ki, Rusiya taxılın Qara dəniz limanları vasitəsilə ixracına şərait yaratmaq müqabilində bəzi sanksiyaların azaldırlmasını təklif etmişdi. Amma ABŞ Rusiyanın bu "sülh" təklifini rədd etdi. Ağ Ev nümayəndəsi aclıqdan silah kimi istifadə etməyi "dəhşətli əməl" adlandırmışdı.
Qadir, Bizimyol.info