Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Ukraynaya "ərazi güzəşti" təklif edibmi? - Ağ Ev-dən açıqlama
Bayden Ukraynaya "ərazi güzəşti" təklif edibmi? - Ağ Ev-dən açıqlama

Bəzi qlobal media qurumlarında ABŞ prezidenti Co Baydenin  "Ukrayna torpaq verib Rusiyaya güzəştə getməlidi və masa arxasında oturmalıdır" şəklində fikir səsləndirdiyi barədə xəbərlər yayılıb.

Bizimyol.info xarici mətbuata istinadla bildirir ki, ötən ay "Ukrayna sonuncu ukraynalının ölümünə qədər mübarizə aparacaq" deyən Baydenin artıq mövqeyini dəyişdiyi iddia edilir. Amma Ağ Ev artıq bu yanaşmanı təkzib edib və Baydenin belə bir fikri nəzərdə tutmadığını açıqlayıb.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi fevralın 24-də başlayıb. Ukrayna prezidenti Vladimir Zelenski isə deyir ki, “Biz çox çətin vəziyyətdəyik. Rusiya Ukraynanın beşdə birinə nəzarət edir”. Milyonlarla insan didərgin düşüb. On minlərlə dinc sakin həyatını itirib.

Qeyd edək ki, Co Baydendən əvvəl mayın əvvəlində Fransa prezidenti Emmanuel Makron Vladimir Zelenskiyə müraciət edərək demişdi ki, “sülh üçün torpaq verin”. Ukrayna rəsmilərinin sözlərinə görə, artıq bu çağırış bir çox Avropa liderlərindən gəlib. Bir müddət əvvəl ABŞ-ın soyuq müharibə siyasətinin memarı, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Davosda da bu çağırışı təkrarlamış və “Ukrayna Rusiya ilə barışmaq üçün torpaq və güzəştlərə getməlidir” demişdi.

Bəs əslində Bayden nə deyib? "Sizcə, Ukrayna Rusiyaya torpaq verməlidirmi?" sualına cavab olaraq Bayden deyib ki, "Torpaq onlarındır, özləri bilərlər, biz onlara torpaq verin, ya verməyin deyə bilmərik. Amma müəyyən bir mərhələdə nizamlama üçün danışıqlara oturmaq lazım gələcək".

“Biz əslində bundan əvvəlki hadisələrdə - Gürcüstanda, Suriyada olduğu kimi bu dəfə də ciddi şəkildə Rusiya və Qərb arasında bölüşmə siyasətinin aparıldığına şahidlik etməkdəyik”.

Bu barədə Bizimyol.info-ya politoloq Zaur Məmmədov danışıb. O, qeyd edib ki, Ukraynada baş verənlər artıq dünya mediası üçün adi bir hala çevrilib.

Zaur Məmmədov Zaur Məmmədov

"Belə ki, əgər əvvəllər, yəni ilk iki ay ərzində ciddi şəkildə informasiya müharibəsi aparılırdısa, media bu hadisələri işıqlandırırdısa, artıq Ukrayna müharibəsi adi bir hala çevrilməkdədir. Son zamanlar ümumiyyətlə, Almaniya və Rusiya arasında danışıqlarda bir qədər dəyişikliklərə şahidlik edirik. Bütün bunlar gözlənilən idi. Və bu bir daha deməyə əsas verir ki, böyük dövlətlər bir-bir bu və yaxud digər coğrafiyalar ilə razılaşmaların labüd oldğunu başa düşürlər. Bu zaman isə, öz maraqları üçün kiçik dövlətləri qurban verməyə hazır olurlar”,- deyə politoloq bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »