Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hökumət niyə israr edir: Quru sərhədləri bağlı, AZAL-ın qiymətləri "ölümcül"
Hökumət niyə israr edir: Quru sərhədləri bağlı, AZAL-ın qiymətləri "ölümcül"

Artıq iki ildən çoxdur ki, Azərbaycanın koronavirus səbəbilə quru sərhədləri qonşu ölkələrlə bağlıdır. Vətəndaşlar Türkiyə, Gürcüstan və s. yaxın ölkələrə belə hava yolu ilə gedirlər. Hər ayın əvvəilində hamı quru sərhədlərinin açılmaısnı gözləsə də, ölkədə yoluxma halı həddən artıq azalsa da, bir çox ölkələr quru sərhədlərini açmış olsa da, yayda turzim üçün quru sərhədlərinin açılması önəmli olsa da, görünür, Azərbaycan hökuməti başqa nəyisə gözləyir.

Qeyd edək ki, artıq Gürcüstan, Rusiya, Türkiyə, İran bütün qonşu ölkələrlə quru srhədlərini açıq elan edib. Azərbaycanın quru sərhədlərini nə zaman açacağı isə, hələ dəsual altındadır. Bu mövzuya dəfələrlə toxunsaq da, ekspertlərin verdiyi cavab ondan ibarət olur ki, hökumətin planı var. Yəqin ki, onlar bizdən çox bilirlər və gözləyirlər. Amma nəyi? Bu suala cavabı isə heç kim bilmir. Hazırda isə vəziyyət belədir ki, Azərbaycanın quru sərhədlərindən qonşu ölkələrə keçmək üçün xüsusi icazə almalısan. Bunun üçün isə, bütün sənədlərinlə, keçərli səbəblərinlə Xarici İşlər Nazirliyinə müraciət etməlisən. Orada cavab alacaqsanmı? Bu sual isə, özü də sual altındadır…

Turizm ekspertləri hesab edir ki, quru sərhədlərinin açılması yay turzimi üçün çox önəmlidir. Belə ki, pandemiyadan sonra bir çox ölkələrdə vətəndaşlar istirahət, tətil üçün başqa ölkələrə üz tuturlar. Quru yolu ilə səyahət daha ucuz başa gəldiyi üçün insanlar buna daha çox önəm verirlər.

“Məsələn, elə Rusiyanı götürək. Orada nə qədər həmvətənimiz var ki, Azərbaycana gəlməyi arzulayırlar, amma yolların açılmasını gözləyirlər. Və yaxud elə rusların özü, bütün dünya qapılarını onların üzünə bağladığı bir zamanda sərhədlərin açılması turist axınına səbəb ola bilər. Fikrimcə, bu barədə artıq düşünməyin zamanıdır”,- deyən turizm eksperti Asiman Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında qeyd edib ki, quru sərhədlərin açılması iqtisadi baxımdan da önəmlidir: “Hələ ölkədə pandemiyaya görə karantin rejimi iyulun birinə qədər davam edir. Hesab edirəm ki, bu müddət bitənə qədər quru sərhədlərinin açılacağına inanmaq olmaz. Yəqin ki, bir qədər də yumşalma olsa, hökumət bu barədə düşünə bilər. Amma reallığa nəzər salsaq görərik ki, artıq sərhədlərin bağlı qalmasına ehtiyac yoxdur”.

Mütəxəssis hesab edir ki, pandemiya dövründə turist olmadığı üçün bölgələrdə kifayət qədər iqtisadi problemlər yaşanıb: “Sərhədlərin açılması bu vəziyyətə su səpə bilər”.

P.S. Etiraf edək ki, AZAL-ın "ceyran belində, od bahasına olan qiymətləri səyahətə çıxmaq istəyəni qane etmir. Bu məbləği biletə vermək əvəzinə, həmin məbləğə bəlkə də bir həftə istirahət etmək olar. Azərbaycana gələn turistlər də bunu nəzərə alır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »