ABŞ Moskvada işləyən amerikalı jurnalistləri Rusiyanın Xarici İşlər Nazirliyinə çağrılaraq onlara xəbərdarlıq edilməsini və Qərbin tətbiq etdiyi sanksiyaların “nəticələri” ilə bağlı media işçilərini qorxutmağa çalışmağa cəhddə ittiham edib.
Bizimyol.info xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bazar ertəsi, iyunun 6-da bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi jurnalistləri öz hökumətinin media sahəsində düşmənçilik xəttinin nəticələrini izah etməyə çağırıb.
“Kreml media azadlığına, məlumat və həqiqətə çıxışa genişmiqyaslı hücum edir. Bu Rusiya dövlətinibn müstəqil jurnalistləri qorxutmaq üçün açıq və aşkar göstərdiyi təhdid cəhdidir”, - deyən Prays əlavə edib ki, Moskvanın bu hərəkətini qəbulediləz hesab edilir.
Praysın sözlərinə görə, jurnalistlərin Rusiya Xarici İşlər Nazirliyinə çağırılması Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Qərbdə Rusiyanın üç dövlət televiziya kanalı, Birinci Kanal, Rossiya-1 və NTV-yə qoyulan qadağaya Moskvanın cavabı hesab olnur. Bununla belə, Prays vurğulayıb ki, müstəqil Qərb jurnalistlərini “Rusiya hökumətinin təbliğat əli” ilə eyniləşdirmək düzgün deyil.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ hakimiyyətini Rusiya KİV-lərinin ABŞ-da fəaliyyətini qeyri-mümkün, qadağan edilmiş, məhdudiyyətlərə məruz qalması və s. etmək üçün “hər şeyi etməkdə” ittiham edib.
"ABŞ-da Rusiya mediasının, operatorlarının, jurnalistlərinin işi normallaşdırılmasa, ən sərt cavab tədbirləri qaçılmaz olacaq", - deyə o, söz verib.
Prays öz növbəsində qeyd edib ki, ABŞ Rusiya media nümayəndələrindən bir dənə də olsun iş icazəsini geri qaytarmayıb və “ixtisaslı” jurnalistlərə viza verməyə davam edəcək.
Qadir, Bizimyol.info