Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dəhşətli cinayət: kişi arvadını və 20 günlük körpəsini öldürdü
Daşkəsən rayonunun Şahvələdli kəndində baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Report xəbər verir ki, rayonda çobanlıqla məşğul olan 1979-cu il təvəllüdlü Rafiq Teyyub oğlu Məmmədov arvadı 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı və 20 günlük körpəsini yaşadığı evdə çomaqla vuraraq öldürüb.

Onun yaxınlarının verdiyi məlumata görə, K.Məmmədova R.Məmmədovun beşinci arvadı olub. Bundan öncə R.Məmmədov dördüncü arvadı 1983-cü il təvəllüdlü İnci Cəbrayıl qızı Vəliyevanı çomaqla döyüb. Yaralı ölümcül vəziyyətdə xəstəxanaya yerləşdirilib. R.Məmmədov isə həbs edilib.

İki il bundan qabaq həbsdən çıxan R.Məmmədov K.Məmmədova ilə ailə həyatı qurub və onların 20 gün bundan əvvəl körpəsi dünyaya gəlib.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi başlanılıb, hadisəni törədən R.Məmmədovun axtarışları davam edir.

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Azərbaycanın peyvənd pasportu Türkiyədə qəbul olunmadı
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
Son xəbərlər
Bütün xəbərlər »