Böyük Britaniyanın baş naziri Boris Conson lideri olduğu Mühafizəkarlar Partiyası tərəfindən ona etimadsızlıq səsverməsi qazandıqdan sonra səsvermənin nəticəsinin "inandırıcı və həlledici" olduğunu deyib.
Bizimyol.info xəbər verir ki, nəticələr elan edildikdən sonra Conson hökumətin indi işə başlamalı olduğunu söyləyib. Conson açıqlamasında "mənə verdikləri dəstəyə görə həmkarlarıma minnətdaram. İndi etməli olduğumuz şey hökumət olaraq, partiya olaraq bir araya gəlməkdir. Bu etibarlı və qəti nəticə o deməkdir ki, biz hökumət olaraq irəliyə doğru hərəkət edə və insanlar üçün həqiqətən vacib hesab etdiyim şeylərə diqqət yetirə bilərik",- deyə bildirib.
O çıxışı zamanı əlavə edib ki, küçələri və icmaları daha təhlükəsiz saxlamaq üçün gördüyümüz işlərlə yanaşı, yaşayış xərcləri ilə insanlara kömək etmək üçün nə edəcəyimizə diqqət yetirəcəyik.
Mətbuatın erkən seçkilərlə maraqlanıb-maraqlanmaması ilə bağlı sualları qarşısında Conson, “mən erkən seçkilərlə qətiyyən maraqlanmıram. Məni maraqlandıran bu ölkə üçün çalışmaqdır” deyə cavab verib. Conson açıqlamasında “düşünmürəm ki, diqqəti başqa bir şeyə yönəltməyin mənası yoxdur və mən erkən seçkilərlə maraqlanmıram. Məni maraqlandıran şey hazırda bu ölkənin insanları üçün çalışmaqdır",- deyə bildirib.
"Parlament partiyasının qəbul etdiyi bu qərarı alqışlayıram. Çox uzun müddətdir davam edən bir məsələ ilə bağlı bir nəticəyə gəlirik. İndi bizim birləşmək, irəli getmək və insanların prioritetlərinə cavab vermək qabiliyyətimiz var və edəcəyik”,-deyə Conson bildirib.
Qeyd edək ki, Boris Consona etimadsızlıq səsverməsi Consonun 2020 və 2021-ci illərdə karantin19 məhdudiyyətləri zamanı qaydaları pozduğu aşkar edildikdən sonra baş verdi. Mühafizəkarlar Partiyasından olan 54 millət vəkilinin Partiya Komitəsinə etimadsızlıq səsverməsi tələbindən sonra dünən səsvermədə iştirak edən Conson uzun müddətdir həm öz partiyasının, həm də digər müxalifət partiyalarının tənqid hədəfinə çevrilib.
Məhdudiyyətlər dövründə Baş nazirlikdə keçirilən şənliklərə qatıldığı üzə çıxdıqdan sonra araşdırılan Conson daha əvvəl davranışına görə üzr istəsə də, istefa verməyəcəyini bildirmişdi.
Leyla, Bizimyol.info