Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Severodonetskin bir hissəsini geri alıb - Kəşfiyyat
Ukrayna Severodonetskin bir hissəsini geri alıb - Kəşfiyyat

Ukrayna ordusu Severodonetskin bir hissəsini Rusiya işğalçılarından geri alıb. Lakin Rusiya Federasiyasının təcavüzkar ordusu şimal və cənub istiqamətindən hücumlarını davam etdirərək  Severodonetski mühasirəyə almağa çalışır.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatı yayıb.

“Həftə sonu Ukrayna qoşunları Severodonetskin bir hissəsini işğalçı Rusiya ordusundan geri almağı bacarıb. Buna baxmayaraq, Rusiya qoşunları şərq rayonlarını işğal etməyə davam edəcək. Rusiyanın daha geniş planı, ehtimal ki, onlar Severodonetski mühasirəyə alaraq tam işğal etmək üçün həm şimaldan, həm də cənubdan hücumları davam etdirib şəhəri mühasirəyə almaq niyyətindədirlər.

Qeyd olunur ki, Rusiya regionun cənub istiqamətində uğur qazanıb, lakin onların Popasnada irəliləyişləri son bir həftə ərzində dalana dirənib.

“İzyum yaxınlığında Ukrayna ordusunun mövqeylərinin güclü atəşə məruz qalma xəbərləri Rusiyanın şimal istiqamətində yeni səylərə hazırlaşdığını göstərir. Taktiki qazancları əməliyyat səviyyəsində uğura çevirmək və bütün Donetsk bölgəsinə nəzarət etmək kimi siyasi məqsədinə doğru irəliləmək üçün Rusiya demək olar ki, bu sahələrdən ən azı birində irəliləyiş əldə etmək məqsədinə çarmağa çalışır.

Ukrayna prezidenti Vladimir Zelenskinin bir gün əvvəl dediyi kimi, ukraynalı müdafiəçilər Severodonetskdə mövqelərini əldən vermirlər, şəhərdə şiddətli küçə döyüşləri davam edir.

Amerika Müharibənin Tədqiqi İnstitutunun məlumatına görə, UHHQ-nin qırıcıları Severodonetskdə əks-hücumlar təşkil etməklə oradakı Rusiya hərbçilərinin diqqətini daha çox cəlb edəcək və beləliklə, onların digər istiqamətlərdə mövqelərinin zəflətməsinə çalışacaq.

Xatırladaq ki, Qərb mənbələrinin bu gün verdiyi məlumata görə, Ukrayna qüvvələri Rusiyanın hərbi dəniz donanmasını da Qara dənizdə 100 kilometr geri çəkilməyə məcbur edib. Hazırda Ukrayna Qərbdən gəmi əleyhinə raketlər almağa çalışır. Buna nail olarsa, Rusiya gəmilərini daha uzaqlaşdırmağa və taxıl ixracını bərpa etməyə də nail ola bilər.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »