Rusiyanın Ukraynaya hücumları davam edərkən, ABŞ Rusiya prezidenti Vladimir Putinə yaxın olan Rusiya oliqarxlarına qarşı sanksiyalarını davam etdirir.
Bizimyol.info xəbər verir ki, ABŞ rəsmisi bildirib ki, ABŞ Ədliyyə Nazirliyi rusiyalı milyarder Roman Abramoviçin iki ABŞ təyyarəsinin Rusiyaya icazəsiz uçduğu üçün müsadirə edilməsinə order verib.
Məlumatda bildirilir ki, ABŞ-ın Abramoviçə məxsus olduğunu bildirdiyi “Boeing 787 Dreamliner” və “Gulfstream G650 ER” tipli təyyarələr Rusiyaya məhdudiyyətlərin qanuni icazə olmadan başladığı 24 fevraldan sonra Rusiyanın paytaxtı Moskvaya uçub. Bildirilib ki, “Gulfstream” martın 12-də İstanbuldan Moskvaya, “Boeing” isə martın 4-də Dubaydan Moskvaya uçub.
Prokurorlar bildiriblər ki, verdikləri həbs qərarında sözügedən təyyarələrin Rusiyaya uçuşu üçün heç bir qanuni icazə tətbiq edilməyib və ya verilməyib.
Abramoviçə ABŞ tərəfindən şəxsən sanksiya tətbiq edilməsə də, onun hazırda təxminən 330 min dollar cərimə və bir çox inzibati sanksiyalarla üzləşdiyi bildirilir.
Xatırladaq ki, Putinlə yaxın əlaqələri olduğunu inkar edən Abramoviç, Avropa Birliyi (AB) və İngiltərə tərəfindən sanksiya siyahısına salınmış və sözügedən sanksiyalara görə keçən ay İngiltərə Premyer Liqa komandalarından olan " Çelsi " ni satmağa qərar vermişdi.
Qeyd edək ki, o da məlum olub ki, Abramoviç ötən ay ona sanksiya qoyub qara siyahıya salan Avropa Şurasını şəxsən Aİ Məhkəməsinə verib.
Xatırladaq ki, Abramoviçə qarşı sanksiyaların az olmasının səbəblərindən biri bu məsələdə Ukrayna prezidenti Volodimir Zelenskinin tutduğu mövqe olub. Zelenski Qərbdən xahiş etmişdi ki, Abramoviçi mümkün qədər sanksiyalardan kənarda tutsunlar, çünki o, Rusiya-Ukrayna danışıqlarında vacib vasitəçilərdən biri ola bilər. İstanbulda təşkil edilən danışırlarda da Abramoviç müşahidəçi kimi iştirak etmişdi.
Bununla belə Abramoviçə qarşı bir sıra sanksiyalar hələ də qüvvədədir. Bu sanksiyalar üzündən o hətta özünə məxsus olan "Çelsi" futbol klubunu da sata bilmir.
Leyla, Bizimyol.info