Böyük Britaniyanın baş naziri Boris Conson hakimiyyətdən uzaqlaşdırılma ilə nəticələnə bilən etimad səsverməsində daha çox səs qazanaraq vəzifəsini qoruya bilib.
Bizimyol.info xəbər verir ki, hakim Mühafizəkarlar Partiyası daxilində dərin narazılığa baxmayaraq, Cohnson bazar ertəsi 211 lehinə, əleyhinə 148 səslə etimad səsverməsi qazandı.
Səsvermədə qalib gəlmək o deməkdir ki, bir il ərzində başqa ona qarşı etimadsızlıq göstərilə və səsverməyə çıxarıla bilməz. Lakin onun 359 Mühafizəkarlar Partiyasının qanunvericilərindən 148 nümayəndənin əleyhidar olması onun nüfuzuna ciddi zərbə vurub.
Cohnson, etimad səsverməsində çoxluğun səsini qazandığını müsbət qiymətləndirərək, onun "inandırıcı" və "qətiyyətli" qələbəsinin indi ölkənin irəliləməsinə imkan verəcəyini söyləyib.
"Düşünürəm ki, bu, inandırıcı bir nəticədir, həlledici nəticədir və bunun mənası odur ki, bir hökumət olaraq insanlar üçün həqiqətən vacib olduğunu düşündüyüm şeylərə daha da inamla davam edə biləcəm", - deyə o qeyd edib.
Baş nazirin hakimiyyətdə qalması üçün Böyük Britaniya parlamentindəki 359 mühafizəkar qanunvericinin sadə əksəriyyətinin dəstəyini qazanması lazım idi. Conson bu çoxluğu təmin edə bilməsəydi, partiya həm də növbəti baş nazir olacaq yeni lideri seçmək məcburiyyətində qalacaqdı.
Cohnson hökumətindəki keçmiş nazir köməkçisi Leon Emirali, Downing Street-də "böyük bir rahatlıq" olacağına baxmayaraq, baş nazirin idarəetmə kursunda daha böyük çətinliklər olacağını söylədi.
“Düşünürəm ki, ilkin rahatlıq hissi olacaq, ilkin hisslər ondan qurtulub. Amma son nəticədə daha böyük problemlər yaşanacaq. Getdikcə onun nüfuzu daha da aşağı düşəcək ki, bu da ona komandaya nəzarətdə və idarəetmə kursuna davam etməkdə daha böyük çətinliklər yarada biləcək” deyə Emirali Əl-Cəzirədən Conah Hull-a Vestminsterdən xəbər verib.
Qadir, Bizimyol.info