Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruslar Ukraynanın ikinci ən böyük taxıl terminalını dağıdıblar - Borrell
Ruslar Ukraynanın ikinci ən böyük taxıl terminalını dağıdıblar - Borrell

Rus işğalçıları Nikolaevdə Ukraynanın ikinci ən böyük taxıl terminalını dağıdıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Xosep Borrell bildirib.

"Rusiyanın növbəti raket zərbəsi qlobal ərzaq böhranına səbəb olub. Rusiya qoşunları Ukraynanın Nikolaevdəki ikinci ən böyük taxıl terminalını məhv ediblər. Bu təkcə Ukraynaya deyil, dünyanın ərzaq çatışmazlığı ilə üz-üzə olduğu bir zamanda planetin qida sektoruna vurulan zərbədir. Rusiyanın bu hərəkəti bir dövlətə, bir xalqa deyil bu gün ərzaq çatışmazlığı ilə qarşılaşan dövlətləri daha da çətin vəziyyətə salmaq cəhdidir", - Borrell yazıb.

Borrell bildirib ki, zərbə Rusiya prezidenti Vladimir Putinin Ukrayna limanlarından ticarət gəmiləri üçün Qara dənizdən təhlükəsiz keçidlə bağlı son vədlərinə ziddir.

Nikolaev şəhərinin meri Aleksandr Senkeviçin sözlərinə görə, iyunun 4-də rus işğalçıları infrastruktur obyektini atəşə tutublar. Nəticədə taxıl unu olan anbarlar sıradan çıxıb. Yanğının söndürülməsi iyunun 6-dək davam edib.

Bazar günü sosial şəbəkələrdə yayılan şəkillərdə terminalın alov içində qalması görünür. Nikolaev Ukraynanın ən məhsuldar taxıl rayonlarından birinin yanında yerləşir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »