Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gender Hub Azerbaijan sosial platforması tərəfindən “Gizli Hekayələr” layihəsi həyata keçiriləcək
Gender Hub Azerbaijan sosial platforması tərəfindən “Gizli Hekayələr” layihəsi həyata keçiriləcək

İsveçrə Səfirliyinin Azərbaycandakı nümayəndəliyinin və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə və “FemACT” platformasının təşkilati dəstəyi ilə Gender Hub Azerbaijan sosial platforması tərəfindən “Gizli Hekayələr” layihəsi həyata keçiriləcəkdir.

İncəsənət gender bərabərliyinə çatmağımıza kömək edə bilərmi?

Layihə kreativ olan gənclərin film yaradıcılığı mövzusunda bilik və bacarıqlarının genişləndirilməsinə dəstək olmaqla ölkədə sosial bərabərsizlik və gender-əsaslı zorakılıq nəticəsində qadınların üzləşdiyi çətinlikləri qısametrajlı filmlər vasitəsilə təqdim edərək gender bərabərsizliyinə təsir etmək məqsədini daşıyır.

Lənkəran şəhərində baş tutacaq layihə aşağıdakıları hədəfləyir:

  1. Azərbaycanda gender-əsaslı bərabərsizliyin bütün formalarını aradan qaldırmaq istiqamətində kreativ həll yolları tapmaqla incəsənəti gender bərabərliyi ilə əlaqələndirmək;
  2. Sosial dəyişiklik agentləri olaraq gənclərin işlərinə bədii tamaşalar tətbiq etməklə onların konstruktiv və innovativ düşünmə bacarıqlarını inkişaf etdirmək;
  3. Əhali arasında gender bərabərliyinin vacibliyi haqqında məlumatlılığı artırmaq;
  4. Gəncləri gender-əsaslı mövzularda aktiv iştiraka cəlb etmək və komanda daxilində işləmə bacarıqlarını gücləndirmək.

Layihə hansı tarixlərdə həyata keçiriləcəkdir?

  1. Gender bərabərliyi, teatr, film yaradıcılığı və storitellinq potensialların gücləndirilməsi təlimi [2 - 8 Iyul 2022>
  2. Gənclərin hekayə və filmlərinin hazırlanması üçün mentorluq [İyul-Avqust 2022>
  3. Filmlərin Bakıda nümayişi və Bağlanış Mərasimi [2 Sentyabr 2022>

Layihədə kimlər iştirak edə bilər?

  • 18-29 yaş arası gənclər;
  • Gender bərabərliyi, incəsənət, film yaradıcılığı və video sənəti ilə maraqlı olan gənclər;
  • Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı şəhərləri daxil olmaqla Lənkəran iqtisadi rayonunda yaşayanlar.

Layihədə iştirak üçün qeydiyyat linki: https://cutt.ly/NFWa9ju

Qeyd edək ki, iştirak ödənişsizdir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »