Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lənkəran-Astara iqtisadi rayonunda aqrar sahə üzrə Ideathon yekunlaşıb - Video
Lənkəran-Astara iqtisadi rayonunda aqrar sahə üzrə Ideathon yekunlaşıb - Video

Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP tərəfindən icra olunan “Lənkəran-Astara iqtisadi rayonunda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyyətinin, əməkdaşlığın və müasirləşmənin təşviqi" layihəsi çərçivəsində Lənkəran şəhərində 2-4 iyun tarixlərində 3 gün ərzində davam edən aqrar sahə üzrə Ideathon öz işini yekunlaşdırdı.

Bizimyol.info xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd meyvə-tərəvəzlərin yetişdirilməsi və emalında yenilikləri, innovasiyaları tətbiq etmək, qabaqcıl ideyalara dəstək göstərmək və təşviq etməkdir.

Ideathon on Agrinnovation müsabiqəsində Azərbaycanın müxtəlif regionlarından olan gənclərdən ibarət 18 komanda meyvə-tərəvəzin yetişdirilməsi və emalı ilə bağlı 2 istiqamətdə öz innovativ ideyalarını irəli sürdülər.

Lənkəran-Astara iqtisadi rayonunda aqrar sahə üzrə Ideathon yekunlaşıb

4 iyun tarixində tədbirə BMTİP-in Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bista, Avropa İttifaqının rəsmiləri və Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə qatıldılar. BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bista aqrar sahə üzrə startapların keçirilməsi və gənclərin bu istiqamətdə iştirakların vacibliyini vurğuladı.

“Mən qadınların bu Ideathon iştirakını görməkdən çox şadam. Əminəm ki, bu platforma sizə Lənkəran-Astara İqtisadi rayonunda bağçılıq sektorunun problemlərini həll edən həllər yaratmaq üçün komanda işinə töhfə verdiyiniz təhlükəsiz məkan təmin etmişdir.”

Eyni gün 18 komanda öz innovativ ideyalarını münsiflər heyətinə təqdim etdilər və hər istiqamətdə qalib komandalar müəyyən olundu. İnnovet, Zəfər və Victory komandaları qalib oldular.

Lənkəran-Astara iqtisadi rayonunda aqrar sahə üzrə Ideathon yekunlaşıb

BMT-nin İnkişaf Proqramı Ideathon on Agrinnovation-da könüllü olaraq töhvə verən bütün təlimatçı mentor, münsiflər heyəti və bütün tərəfdaşlara ideathon komandalarının aqrar sahə sahəsində bilik və bacarıqlarının artırılması, bu biliklərin fermerlərin innovasiya əsasında müasirləşdirimə həllinə yönəldilməsinin əsaslarını onlara aşıladığı üçün dərin minnətdarlığını bildirir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »