Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bizim üçün “qırmızı xətt” var, güzəştə getməyəcəyik"
"Bizim üçün “qırmızı xətt” var, güzəştə getməyəcəyik"

Ukrayna üçün “qırmızı xətt” suverenlik və ərazi bütövlüyü ilə bağlı kompromislərdir. Buna görə də, Ukrayna Rusiyaya nə Krımı, nə də Donbası verməyəcək.

Bizimyol.info Ukryana mətbuatına istinadla xəbər verir ki, bu barədə Ali Radanın sədri Ruslan Stefançuk Almaniyanın “FUNKE” media qrupuna müsahibəsində deyib.

“Bizim üçün “qırmızı xətlər” var. Biz heç bir ərazimizdən - nə Donbassdan, nə də Krımdan imtina etməyəcəyik. Onlar yalnız müvəqqəti işğal altındadırlar. Bundan əlavə, biz suverenlik və müstəqillik məsələsində güzəştə getməyəcəyik. Ukrayna qələbəyə qədər mübarizə aparacaq”,- deyə o bildiirb.

Stefançukun sözlərinə görə, hər bir müharibə kapitulyasiya və ya sülh müqaviləsi ilə başa çatır. Ukraynanın danışıqlar aparmaq istədiyini bildirən Rada sədri qeyd eidb ki, Rusiyanın Ukraynadakı hərbi cinayətləri əldə edilməsi gözlənilən razılaşma ehtimalını getdikcə azaldır.

"Amma Rusiyanın Buça və ya İrpendəki hərbi cinayətlərindən sonra razılaşma üçün məkan daralıb. Donbass və Krım bizim ərazimizdir. Biz onları geri qaytarmaq üçün əlimizdən gələni edəcəyik",- deyə Ali Radanın sədri bildirib. O, həmçinin Ukraynanın Almaniyadan yeni və müasir silahların verilməsi ilə bağlı tez qərar gözlədiyini qeyd edib. Stefançuk ilk növbədə Ukraynanı ağır silahlarla təmin etməyə çağırıb.

O, qeyd edib ki, hazırda Ukraynaya özüyeriyən haubitsalar, çoxsaylı reaktiv yaylım atəşi sistemləri, zenit sistemləri və gəmi əleyhinə raketlər laızmdır. Stefançukun sözlərinə görə, Ukrayna müharibəni uduzsa, Rusiya qoşunları çox yaxında Avropa İttifaqı ölkələrində olacaq.

"Avropalılar hiss edirlər ki, dünyada sülh sabit deyil. Rusiya prezidenti Vladimir Putin isə yalnız ilk addımı atıb. Ukrayna müharibəni uduzsa, Rusiya qoşunları bir ay ərzində Polşa, Litva, Estoniya və Latviyada olacaq",- o deyib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »