Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.
Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 810 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 042 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib, aktiv xəstə sayı 55 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 833, bu günə qədər isə ümumilikdə isə 6 909 386 test aparılıb.