Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya qorxur ki, Ukrayna Rusiya ərazilərini işğal edər - “Şpiegel”
Almaniya qorxur ki, Ukrayna Rusiya ərazilərini işğal edər - “Şpiegel”

Almaniya hökuməti Ukraynaya tankların tədarükünü əngəlləyir. Çünki ukraynalı hərbçilərin onlardan Rusiya ərazisini işğal etmək üçün istifadə edə biləcəyindən ehtiyat edir.

Bizimyol.info xəbər verir ki, bu barədə “Şpiegel” nəşri yazır. “Almaniya hökumətinə yaxın mənbələr bildirirlər ki, Ukrayna bir sıra döyüş əməliyyatlarında qələbə qazanarsa və Rusiya ərazisinə daxil olarsa, o, özünə həddən artıq arxayınlaşa bilər. Bu isə Almaniya tanklarının yenidən Rusiya ərazisində olması deməkdir”,- deyə nəşr bildirir.

Nəşr qeyd edir ki, Berlin zirehli texnikanın Ukraynaya çatdırılması üçün hazırlanması prosesinə ehtiyac olmadığı qənaətindədir. Bu məsələdə Almaniya ABŞ-ı rəhbər tutur və hesab edir ki, əgər dövlətlər Ukraynaya zirehli texnika göndərmək qərarına gəlsələr, o zaman Almaniyanın “Marder” piyada döyüş maşınlarının göndərilməsinə hazırlıq bir neçə ay çəkəcək.

Xatırladaq ki, Almaniya konsleri Olaf Şolz müsahibələrinin birində deyib ki, “biz Ukraynaya hərtərəfli yardım göstəririk, bunu da etiraf etmək olar”. Daha sonra Şolz əsasən yüngül silahlardna ibarət siyahısını səsləndirib. Kansler yayda göndəriləcək ağır silahlaırn da siyahısını açıqlayıb. Onun sözlərinə görə, bu yay 30 "Gepard" zenit maşını və 2000 özüyeriyən haubitsa göndəriləcək.

Qeyd edək ki, bu siyahı bir müddət əvvəl mətbuata açıqlansa da, sonradan Şolz "IRIS-T SLM" adlı müasir zenit sisteminin veriləcyini də bildirdi. Ancaq bu silahlar bu ilin payızında göndəriləcək. Kiyev həmçinin Almaniya ordusu Bundesverin ehtiyatlarından dörd "MARS 2" reaktiv raket sistemi alacaq.

Xatırladaq ki, bir müddət əvvəl Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik Almaniya hökumətinin təhvil verdiyi ağır silahların ilk partiyasının iyunun sonundan tez olmadan Ukraynaya çatacağını bildirmişdi.

Bir müddət əvvəl isə, qeyd edilirdi ki, Çexiya Ukraynaya Rusiyanın hücumlarından müdafiə olunmaq üçün onlarla "T-72" tankı və döyüş maşınını qatarla göndərib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »