Ukrayna Rusiyada fərdi sanksiyaların tətbiq edilməsi üçün öz siyahısını təqdim edib. Siyahıda oliqarxlar, biznesmenlər, təbliğatçılar və hətta idmançılar var.
Bizimyol.info xəbər verir ki, Andrey Yermak və Maykl Makfolun rəhbərlik etdiyi beynəlxalq işçi qrupu fərdi sanksiyalar üçün “Yol Xəritəsini” təqdim edib. Sənəd sanksiyaların vəzifələrini və prinsipləri ilə yanaşı onların tətbiq edilməli olduğu şəxslər kateqoriyalarını müəyyən edir.
Fərdi sanksiyaların əsas məqsədi Ukraynada müharibəni dayandırmaq üçün Vladimir Putinin ətrafına və oliqarx elitasına təzyiqləri artırmaqdır. Sanksiyaların effektiv olması üçün Yermak-McFaul qrupu sanksiyaya məruz qalan şəxslər üçün prioritet kateqoriya hazırlayıb.
Siyahının başında rus oliqarxları yer alıb. Burada Forbes siyahısında olan 100 ən zəngin insana dərhal üstünlük veriləcək. Qeyd edilib ki, sanksiyalardan yan keçməyi bacaran oliqarxlara da xüsusi diqqət yetirilməlidir.
Məsələn, “Norilsk Nikel”-in sahibi Vladimir Potanin, “Transmaşholdinq”in şərikli sahibi Andrey Bokarev, “Transoil” və “Transmaşholdinq”in ortaq sahibi İsgəndər Mahmudova da sanksiayalr tətbiq edilməlidir.
Ukrayna həmçinin aşağıdakılara qarşı sanksiyalar tətbiq etməyi təklif edir:
yüksək vəzifəli şəxslər,
xarici şirkətlər də daxil olmaqla şirkətlərin əsas rəhbərliyi,
Təbliğatçılar və idmancılar,
Siyasi partiya liderləri, bütün bu şəxslərin ailə üzvləri və vəkilləri.
Əsas sanksiyalar mexanizmləri aktivlərin dondurulması, koalisiya ölkələrinə girişin qadağan edilməsi, Qərb şirkətlərində səlahiyyətlərin dayandırılmasından iabrət olacaq.
İlkin hesablamalara görə, Rusiyanın Ukraynaya qarşı müharibəsini bu və ya digər şəkildə dəstəkləyən və fərdi sanksiyalara məruz qala biləcək 350 minə yaxın insan var.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezident Aparatı Rusiya Federasiyasına qarşı yeddinci sanksiyalar paketinə məhdudiyyətlər təklif etmişdi. Ukrayna daha sərt sanksiyalar tələb edir.
İlahin, Bizimyol.info