Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov təyyarəsinin Serbiyaya buraxılmaması qərarına münasibət bildirib
Lavrov təyyarəsinin Serbiyaya buraxılmaması qərarına münasibət bildirib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Atlantika Alyansının bir sıra ölkələrinin onun təyyarəsini Serbiyaya səfərə buraxmamaq qərarını "görünməmiş hadisə" adlandırıb.

“Mənə Şimali Atlantika Alyansının bəzi üzvlərinin qəbul etdiyi misli görünməmiş hadisə, yəni Rusiya xarici işlər nazirinin Serbiya Respublikasına səfərinə mane olan qərarlara münasibətimi öyrənməklə bağlı dünən axşam və bu səhər mediadan çoxlu suallar verilib. Təbii ki, ağlasığmaz hadisə baş verib və mən sizin bu hədsiz hərəkətlə bağlı göstərdiyiniz reaksiyanı anlayıram, eləcə də bu əsasda məlumat almaq marağınızı başa düşürəm. Çünki o qərarı verənlər bu məsələlərin necə həll oluna biləcəyini dəyərləndirmək iqtidarında deyillər”, - deyə Lavrov bazar ertəsi onlayn rejimdə keçirilən beynəlxalq gündəmdəki aktual məsələlərə dair mətbuat konfransında bildirib.

Lavrov Qərbin Serbiyanın öz tərəfdaşlarını seçmək imkanından məhrum edilməsi ilə bağlı mövqeyini kinlilik və riyakarlıq adlandırıb.

“İndi Qərbin ön planda qoyduğu bu tərəfdaş seçmək azadlığı prinsipi Qərbin özü tərəfindən tapdalanıb.

Serbiyanın Qərbin nöqteyi-nəzərindən heç bir seçimi, tərəfdaş seçmək azadlığı olmamalıdır”, - deyə Lavrov məsələ ilə bağlı açıqlama verərkən deyib.

Rusiya XİN rəhbəri bildirib ki, bir sıra NATO ölkələrinin onun təyyarəsini Serbiyaya səfərə buraxmamaq qərarı Belqradın xarici siyasət yürütmək hüququndan məhrum edir.

"Ümumiyyətlə, suveren dövlət xarici siyasət həyata keçirmək hüququndan məhrum edilib. Serbiyanın beynəlxalq fəaliyyəti ən azı Rusiya istiqamətində bu an üçün əngəllənib", - Lavrov bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »