Avropa İttifaqı Rusiya Federasiyasından qazın dəyişdirilməsi planı hazırlayıb.
Bizimyol.info xəbər verir ki, bunu daxili bazar üzrə Avropa komissarı Thierry Breton deyib.
Aİ komissarının sözlərinə görə, Avropa İttifaqı Rusiyadan ildə 155 milyard kubmetr qaz idxal edir. Yeni strategiya çərçivəsində Brüssel ABŞ və ya Qətərdən mayeləşdirilmiş təbii qaz (LNG) idxal etməklə 50 milyard kubmetr qaz əldə edəcək. Bundan başqa 10 milyard kubmetr - mövcud boru kəmərləri vasitəsi ilə, daha 25 milyard kubmetr ekvivalenti dəniz külək turbinlərinin və fotovoltaik panellərin sürətlə işə salınması hesabına enerci hasil ediləcək.
Breton əlavə edib ki, kömürlə işləyən elektrik stansiyalarının bərpası da bir seçimdir.
"Rusiya prezidenti Vladimir Putin bizi bölmək üçün qazdan istifadə edir və uzun illər Avropanı parçalamaq üçün bu vasitə ilə hər şeyə nəzarət etməyə çalışır", - deyə Avropa komissarı bəyan edib.
"Rusiya prezidenti pandemiya zamanı "Sputnik" peyvəndi ilə bizi bölməyə çalışdı, bu istək nəticə vermədi. Sonra o, "Russia Today" ilə demokratiyamıza müdaxilə etmək üçün hər şeyi etdi və indi bizi parçalamaq üçün qazdan istifadə edir. Biz buna imkanverə bilmərik və ondan asılı olmağa məcbur veyilik", - deyə Fransanın keçmiş iqtisadiyyat və maliyyə naziri bildirib.
Bundan əvvəl Rusiyanın "Qazprom" konserni Bolqarıstan, Polşa, Hollandiya, Danimarka və Finlandiyaya mavi yanacağın tədarükünü dayandırıb. Formal səbəb kimi bu ölkələrin Rusiya qazının pulunu rublla ödəməkdən imtina etməsi göstərilib. Kreml belə bir tələbi Ukraynaya genişmiqyaslı işğalın başlamasından sonra irəli sürüb. Avropa İttifaqı isə bu şərtləri rədd edib.
Qadir, Bizimyol.info