Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti
Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti

10-12 iyun tarixlərində baş tutacaq  2022-ci il Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq, 6 iyun, gecə 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq. Hərəkət 14 iyun, səhər saatlarından etibarən bərpa olunacaq.

Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. Birinci zona  yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsininin keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək. Qeyd olunan  sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:

  • Zona 1 – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

Tel: (012) 492-24-27

  • Zona 2 – Mənzil-Kommunal və İstismar İdarəsi № 4

Tel: (012) 498 88 06

  • Zona 3 – Mənzil-Kommunal və İstismar İdarəsi № 58

Tel: (012) 492 41 85

Qeyd edək ki, “Yaşayış Yerinə Giriş İcazəsi”nin paylanması 16 may tarixindən başlayıb və 12 iyunadək davam edəcək.

Hər il olduğu kimi, bu il də 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.

Nəqliyyatın hərəkəti ilə bağlı ətraflı məlumatı BŞH-nin rəsmi veb səhifəsindən əldə edə bilərsiniz.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »