Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"2023-cü ildən etibarən bir çox vətəndaşların öz torpaqlarına qayıtması gözlənilir"
"2023-cü ildən etibarən bir çox vətəndaşların öz torpaqlarına qayıtması gözlənilir"

Artıq “Böyük Qayıdış” Planının ilk addımları atılıb. Bu barədə ölkə başçısı öz çıxışlarında bildirib. Qarşıda isə bizi böyük işlərin həyata keçirilməsi gözləyir ki, bu da bir neçə il zaman alacaq. Ərazilərin minalardan təmizlənməsi, yollar, kommunikasiya xəttlərinin çəkilməsi, ictimai əhəmiyyətli binalar, obyektlərin tikilməsi və s. işləri nəzərə alarsaq yaxın 5 ildə işğaldan azad etdiyimi Qarabağın yeni bir adı olacaq, “Cənnət Qarabağ”...

“Böyük Qayıdış” Planı Azərbaycanın 44 günlük Vətən müharibəsibdə əldə etdiyi nailiyyətlərin nəticəsində Vətən torpaqlarını yenidən bərpa etmək, müasirləşdirmək, mədəniyyət, ictimaiyyət həyatı baxımından ayağa qaldırmaq ən böyük hədəfi və bu hədəfi reallaşdırmaq planıdır. Təbii ki, Azərbaycan dövlət olaraq xalqı üçün ən yaxşısını etmək düşüncəsi ilə hərəkətlə dünyadakı ən müasir sistemlər, dünyadakı mədəniyyət baxımından bir cəmiyyətin yaşaaması üçün ehtiyac olan sistemləri “Böyük qayıdış” planı çərçivəsində işğaldan azad edilmiş torpaqlarda reallaşdırmağı hədəfləyib”.

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz danışıb. Onun sözlərinə görə, əslində bu plan dünyanın son zamanlarda bu müstəvidən baxdığımız zaman ən sürətli işləyən, ən sürətli şəkildə həyata keçirilən bir layihədir. Keçən müddət, hardasa 18-20 aylıq müddət ərzində Azərbaycan inanılmaz sürətlə və müvəffəqqiyyətlə “Böyük Qayıdış” planını həyata keçirməyə başlamışdır.

Yücel Karauz Yücel Karauz

Yücel Karauzun fikrincə, bu planın həyata keçirilməsində tək maneə Ermənistanın müharibə cinayəti işləməyə davam edərək, mina xəritələrini verməməsidir.

“Zəngilanda Ağalı kəndlərində artıq bu layihə reallaşdırılır. Cənab Ali Baş Komandan xalqının dərdi ilə maraqlanan bir siyasi lider olaraq həmin ərazidə olmuş və həmin kəndə qayıdacaq əhali üçün ən yaxşısını etməyə söz verib. Ən qısa zamanda reallaşdırılacaq. Bir tərəfdən minalardan təmizlənərək, təhlükəsiz ərazilərin əldə edilməsi işləri sürətlə həyata keçirilərkən, digər tərəfdən çəkilən yollar, açılan Füzuli hava limanı, yaşayış məntəqələri,ağıllı evlər və bütün müasir sistemlər Azərbaycan dövlətinin gücünü göstərmək müstəvisindən də çox önəmlidir” - deyə Karauz bildirir ki, dünyada böyük dövlətlər, qlobal güclər belə iqtisadi çətinliklərlə mübarizə apardığı bir zamanda, bütün xərclərini minimuma çatdırarkən Azərbaycanın xalqı üçün bu maliyyəti yüksək olan layihələr reallaşdırması, cənab İlham Əliyevin xalqın diqqət və qayğısına göstərmiş olduğu hörmətin bir nəticəsidir.

Fəaliyyətin həyata keçiriləcəyi bölgələrdəki ərazilər tamamilə təhlükəsiz hala gətirildiyi zaman başlayan bərpa, gözəlləşdirmə və abadlaşdırma işləri bütün bölgəyə yayılacaq. Bunun üçün bir az səbr etmək lazımdır. Hazırda planlı və dövlətin nəzarətində həyata keçirilən işlər aparılır.

“Xalq bir qədər səbrli olmalıdır. Dövlət öz üzərinə düşən vəzifələri həyata keçirir və edə biləcəyi ən qısa müddətdə bunu həyata keçiriləcək. 2023-cü ildən etibarən, dövlətin nəzarəti altında bir çox vətəndaşların öz torpaqlarına qayıtması gözlənilir” - deyən siyasi bildirir ki, bu mənada “Böyük Qayıdış” planı həyata keçirilən ən müasir, çağdaş və yüksək səviyyəli bir layihədir. Bu da Azərbaycanın gücüdür. Bu, hörmətli prezident İlham Əliyevin gücüdür. Bu milli güc amillərindən, iqtisadi gücün qüvvətli olması və cənab prezidentin xalqın diqqət və qayğısına hörmət etməsindən meydana gəlir.

General hesab edir ki, eyni zamanda bu planlı, proqramlı, elmi əsası olan işlər və sürət sayəsində bu bölgənin təkrar həyata dönməsi nəticəsində, turizmin inkişafı, təbiətə səyahət edənlər üçün və təbiətlə, mədəniyyətlə, tarixlə qarşılaşmaq istəyənlər üçün də yaxşı  bir turizm fəaliyyəti sahəsinə çevriləcək. Bu da Azərbaycan tarix və mədəniyyətinin, bütün dünyaya çatdırılması baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan tarixi, mədəniyyəti ilə tanış olduqdan sonra dövlətin gücünün göstərilməsi və xalqın rifahının ortaya qoyulması Azərbaycan dövlətinin gücünə güc qatacaq.

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Son xəbərlər
Bütün xəbərlər »