Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin hədələdi, Britaniya qorxmadı: Ukraynaya uzaqmənzilli raketlər verir
Putin hədələdi, Britaniya qorxmadı: Ukraynaya uzaqmənzilli raketlər verir

Britaniya Vladimir Putinin Kiyevi yeni növ silahlarla təmin etməmək barədə xəbərdarlıqlarına məhəl qoymayaraq, Rusiyanın işğalını dəf etmək üçün Ukraynaya uzaqmənzilli raket sistemləri göndərəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə müdafiə naziri Ben Uolles bildirib.

Ben Uolles Ben Uolles

O qeyd edib ki, Britaniya 80 km məsafəyə dəqiqliklə idarə olunan raketləri vura bilən qeyri-müəyyən sayda "M270" buraxılış qurğusu göndərəcək. Bildirilir ki, bu, hazırda müharibədə istifadə edilən hər hansı raket texnologiyasından daha uzun məsafədir.

Müdafiə naziri cənab Uollesin bəyanatında deyilir: "Böyük Britaniya bu mübarizədə Ukraynanın yanındadır və öz qəhrəman qoşunlarını öz ölkələrini səbəbsiz işğaldan qorumaq üçün ukraynalıları lazım olan həyati əhəmiyyətli silahlarla təmin etməkdə aparıcı rol oynayır. Beynəlxalq ictimaiyyət dəstəyini davam etdirsə, Ukraynanın qalib gələ biləcəyinə inanırıq. Rusiyanın taktikası dəyişdikcə, bizim Ukraynaya dəstəyimiz də dəyişməlidir",- deyə o qeyd edib.

“Bu yüksək qabiliyyətli çoxşaxəli raket sistemləri ukraynalı dostlarımıza Putin qüvvələrinin şəhərləri viran etmək üçün ərazidə mülki şəxslərin və digər əhəmiyyətli obyektlərin olmasına məhəl qoymadan qəddarlıqla istifadə etdiyi uzaqmənzilli artilleriyadan daha yaxşı qorunmağa imkan verəcək”,- deyə bildirib.

O əlavə edib ki, Ukrayna hərbçiləri Böyük Britaniyada texnikadan istifadə etmək üçün təlim keçəcəklər. MN rəhbəri bildirib ki, buraxılış qurğularının verilməsi barədə qərar ABŞ hökuməti ilə yaxından əlaqələndirilib və o, Ukraynaya Yüksək Mobil Artilleriya Raket Sistemləri tədarük edəcəyini bildirib.

ABŞ raketləri göndərəcəyini açıqlayanda Rusiya prezidenti Vladimir Putin yeni hədəfləri vuracağı ifadəsini səsləndirib.

“Əgər onlar çatdırılsa, biz bundan müvafiq nəticə çıxaracağıq və hələ vurmadığımız obyektlərə zərbələr endirmək üçün əlimizdə kifayət qədər olan silahlarımızdan istifadə edəcəyik”, - deyə o, “Rossiya-1” dövlət telekanalına cümə günü lentə alınan müsahibəsində deyib.

Kiyev sakinləri bazar günü Rusiyanın aprelin 28-dən bəri paytaxta ilk zərbələri ilə oyanıb. Moskva qüvvələri həm də Donbasın şərqində artilleriya və hava zərbələri ilə təzyiqi davam etdirir.

Xatırladaq ki, bir müddət əvvəl Britaniyanın baş naziri Boris Conson açıq şəkildə Rusiyanı hədələmiş və bildirmişdi ki, Rusiya qadağan edilmiş silahlardan istifadə edərsə, Britaniya heç kimlə məsləhətləşmədən birbaşa Rusiyaya zərbələr endirəcək.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »