Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın Moskvadakı səfiri: "Rusiya ilə birgə qərar verməyə məcburuq"
ABŞ-ın Moskvadakı səfiri: "Rusiya ilə birgə qərar verməyə məcburuq"

"Moskva ilə Vaşinqton arasında münasibətlərin tamamilə kəsilməsi mümkün deyil, mütləq bəzi əlaqə kanalları saxlanılmalıdır".

Bizimyol.info xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan TASS-a açıqlama verərkən qeyd edib.

Diplomatik nümayəndəliyin başçısı bildirib ki, ABŞ və Rusiya heç vaxt əbədi olaraq ayrılmayacaq, gərgin münasibətlər daimi olmayacaq. “Biz sadəcə olaraq. diplomatik əlaqələri kəsib bir-birimizlə danışmağı dayandıra bilmərik. Bu da uzun müddət və ya əbədi davam edə bilməz. Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclaslarında ən azı hər gün bir-birimizin yanında otururuq. Nə olursa, olsun, BMT-də, Təhlükəsizlik Şurasında bir-birimizlə danışsaq, daha yaxşı olar”,- deyə o bildirib.

Sallivan Rusiya Federasiyası və ABŞ səfirliklərinin mövcudluğunun zəruriliyini vurğulayıb. "Bu, mütləq minimumdur. Bu, təməldir və vəziyyətin o həddə çatmasına icazə vermək olmaz ki, diplomatik korpuslar ümumiyyətlə, fəaliyyətlərini dayandırsınlar. Bu son hədd hesab edilir və buna getmək olmaz",- deyə o, aydınlaşdırıb.

Diplomat qeyd edib ki, “səfirliklərin və bank hesablarının açıq qalması üçün zəruri olan bəzi elementar imkanları” saxlamaq lazımdır. “Bizim Moskva və Vaşinqtonda səfirliklərimiz olmalıdır, təkcə Rusiyanın BMT-dəki daimi nümayəndəliyi deyil. Mən sadəcə hesab edirəm ki, əslində biz heç vaxt tam ayrılmayacağıq, çünki bizim BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi birgə fəaliyyət məsuliyyətimiz var. Və biz bu şəkildə birləşdiyimiz üçün fərqlərimizə baxmayaraq, bir-birimizlə əlaqə saxlamağa davam etməliyik. Biz Nyu-Yorkda hər gün bir-birimizi görürük, danışırıq və ünsiyyət qururuq. Bu, mütləq minimumdur və həmdə onun göstəricisidir ki, bir tərəfin istəyindən asılı olmayaraq birgə işləməyə, planetin bəzi məsələlərinə birgə qərar verməyə məcburuq”,- Sullivan bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »