Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova nazir Sergey Lavrovun təyyarəsinin Serbiyanın ətraf ölkələrinin hava məkanına girişinə icazə verilmədiyi barədə yayılan xəbəri təsdiqləyib.
Bizimyol.info xəbər verir ki, nazirliyin idarə rəhbəri bu barədə bazar günü axşam İtaliyanın "La7" kanalında "Not Arena" tok-şousunun efirində verdiyi açıqlamada bildirib.

“Burada siz kanalların açılmasından danışırsınız, biz ünsiyyət imkanlarından yararlanacağıq və cəmi bir saat əvvəl Serbiyanın ətraf ölkələri Sergey Lavrovun Serbiyaya getməli olan təyyarəsi üçün təbii hava kanalını bağladıqlarını bildiriblər. Rusiya Nümayəndə heyətinin Belqradda danışıqlar aparması nəzərdə tutulurdu, lakin Avropa İttifaqı və NATO üzvləri olan ölkələr nazirin başçılıq edəcəyi nümayəndə heyətinin həmin ölkəyə getməsini əngəlləmək üçün öz hava məkanlarını bağlayıblar. Bu, başqa bir qapalı rabitə kanalıdır, biz də bundan istifadə edərək münasibətlərin normala dönməsinə çalışırıq, amma bu rabitənin kəsilməsinin təşəbbüskarı Rusiya Federasiyası deyil, Qərbdir.
Serbiyanın “Vecernje novosti” qəzeti daha əvvəl yazıb ki, Bolqarıstan, Şimali Makedoniya və Monteneqro Lavrovun Serbiyaya getməli olan təyyarəsi üçün hava dəhlizi verməkdən imtina edib.
Serbiya prezidenti Aleksandr Vuçiç bazar ertəsi Rusiya xarici işlər naziri Sergey Lavrovun Belqrada səfərinin ləğvi ilə bağlı xalqa müraciət edəcək. Bu barədə bazar günü Respublikanın Milli Televiziyası məlumat yayıb. Bildirilir ki, Serbiya prezidenti axşam saat 19:30-da Bolqarıstan, Şimali Makedoniya və Monteneqronun hava məkanını Lavrovun təyyarələri üçün bağlaması ilə bağlı Serbiya vətəndaşlarına müraciət edəcək.
Qadir, Bizimyol.info