Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FHN Şəkidəki qəza ilə bağlı məlumat yayıb
FHN Şəkidəki qəza ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Şəkidə baş vermiş avtobus qəzası ilə bağlı məlumat yayıb.

APA xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər
Bütün xəbərlər »