Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin uzaqmənzilli raketlərdən qorxub: "Lazımi nəticələr çıxaracağıq"
Putin uzaqmənzilli raketlərdən qorxub: "Lazımi nəticələr çıxaracağıq"

Rusiya prezidenti Vladimir Putin yenidən Ukraynanı və dünyanı təhdid etməyə başlayıb. Müasir Qərb silahlarının Ukrayna ordusuna yeni tədarükündən sonra Rusiya prezidenti yenidən həyəcanlanaraq hədə-qorxu gəlməyə başlayıb.

Bu dəfə o bildirib ki, Ukrayna uzaqmənzilli raketlər alarsa, “Rusiya bundan lazımi nəticələr çıxaracaq” və “hələ indiyə qədər vurmadığı obyektlərə” zərbələr endirəcək. Putin bu barədə Rusiya mətbuatında yer almış müsahibəsində danışıb.

Hər şeydən əvvəl Vladimir Putin xüsusi olaraq vurğulayıb ki, guya Rusiya Ukraynaya Qərb silahlarının hazırkı tədarükündən heç də narahat deyil. Onun yanaşmasına görə, Ukrayna ordusu sadəcə olaraq, verdiyi itkilərin yerini doldurur.

"Amerikanın MLRS-nin Ukraynaya tədarükü mahiyyətcə heç nəyi dəyişmir: Kiyevdə əvvəllər də belə mənzilli raketlər var idi və onlar sadəcə olaraq, itkilərin yerini doldururlar",- deyə Vladimir Putin “TASS” agentliyində yayımlanmış müsahibəsində deyib.

Lakin Qərb Ukraynanı daha uzun mənzilli raketlərlə təmin edərsə, Putin əmin edib ki, “Rusiya mütləq cavab verəcək”.

“Qərb Kiyevi daha uzun mənzilli raketlərlə təmin edərsə, Rusiya Federasiyası nəticə çıxaracaq və hələ toxunmadığı obyektlərə zərbələr endirəcək”,- deyə Putin bildirib. Rusiya Federasiyasının başçısı ölkəsinin hansı obyektlərə “hələ toxunmadığını” dəqiqləşdirməyib.

Xatırladaq ki, Putinin müsahibəsi səhər saatlarında Kiyevə və regiona raket hücumları fonunda verilib. Ukraynanın hava hücumundan müdafiəsi bütün raketləri vura bilməyib, buna görə də Rusiya Ukrayna ərazisinə raket zərbələri endirə bilib. Zərbələr zamanı dinc əhali arasında itkilər də qeydə alınıb.

Putinin müsahibəsinə verilən şərhlərdə onun uzaq mənzilli raketlərdən çəkindiyi vurğulanır. Onun hədələri də məhz bununla bağlıdır, yəni hər vasitə ilə Ukraynanın belə raketlər almasını önləməyə çalışır.

ABŞ hökuməti bildirmişdi ki, onlar Ukraynaya uzaq mənzilli raketlər verə bilərlər. Bu zaman Ukrayna zəmanət verəcək ki, Rusiya ərazisini vurmayacaq. Amma Putin yaxşı başa düşür ki, belə raketlər həm də “çəkindirici güc”ə malikdir. Əgər Ukraynanın əlində belə raketlər olacaqsa, bu vəziyyət Rusiyanın bir sıra şəhərlərini daimi olaraq narahatlıq altında saxlayacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »