Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 1 544 nəfər vaksinasiya olunub.

Bu barədə "Bizimyol.info"ya Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 195, ikinci doza vaksinlərin sayı 147 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 079-dur. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 123 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 733 819, birinci doza peyvəndlərin ümumi sayı 5 349 325, ikinci doza vaksinlərin sayı 4 848 964 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 287 880, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 246 650 olub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »