Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyanın XİN başçısı: “Ukraynadan taxıl ixrac edilməsə, Afrikada yeni müharibələr olacaq”
İtaliyanın XİN başçısı: “Ukraynadan taxıl ixrac edilməsə, Afrikada yeni müharibələr olacaq”

Ukrayna limanlarından taxıl ixrac edilməsə, Afrikada yeni müharibələr başlayacaq, yeni dövlət çevrilişləri olacaq və Avropaya miqrant axını olacaq.

“Report”un məlumatına görə, bunu İtaliyanın Xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio bəyan edib.

“Ukrayna limanlarından dərhal taxıl ixrac etmək lazımdır. Əgər biz taxıl ixrac etməsək, Afrikada yeni müharibələr, yeni dövlət çevrilişi, terrorun yeni təzahürləri və Afrikadan Avropaya böyük miqrasiya axını olacaq. Biz buna icazə verə bilmərik”-deyə, o əlavə edib.

Qeyd edək ki, iyunun 8-də rəsmi Romanın təşəbbüsü ilə Aralıq dənizi ölkələrinin nümayəndələrinin iştirakı ilə onlayn rejimdə ərzaq təhlükəsizliyi ilə bağlı iclas keçiriləcək.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »