Rusiya aviasiyası Donetskin Slavyansk yaşayış məntəqəsi yaxınlığında hava döyüşü zamanı Ukrayna qoşunlarına məxsus MiQ-29 qırıcı təyyarəsini vurub.
APA-nın məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
Rusiya MN sözçüsü müharibə başlayandan indiyədək Ukrayna tərəfinin verdiyi hərbi itkiləri də açıqlayıb:
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələrinin 189 təyyarə, 129 helikopter, 1114 pilotsuz uçuş aparatı, 330 zenit-raket kompleksi, 3416 tank və digər zirehli döyüş texnikası, 470 reaktiv yaylım atəşi sistemi, 1778 səhra artilleriya qurğusu və minaatan, həmçinin 3419 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.