Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşa XİN: Rusiyaya qarşı yeddinci sanksiyalar paketi hazırlanır
Polşa XİN: Rusiyaya qarşı yeddinci sanksiyalar paketi hazırlanır

Artıq Avropa İttifaqında (Aİ) Rusiyaya qarşı yeddinci sanksiyalar paketi üzərində iş gedir.

Bizimyol.info xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirinin müavini Pavel Yablonski Polşa Mətbuat Agentliyinə şənbə günü dərc olunmuş müsahibəsində bildirib.

Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsi yeddinci sanksiyalar paketi üzərində işin artıq başlayıb-başlanılmaması ilə bağlı sualı cavablandıraraq deyib: "Əlbəttə, başlanıb. Sanksiyalar daha kəskin olmalıdır: Rusiyanın hələ də sata biləcəyi qaz kontekstində, bütün Rusiya banklarının SWIFT sistemindən ayrılması kontekstində", - deyə o bildirib.

O qeyd edib ki, burada mən ilk növbədə əlbəttə "Qazprombank"dan danışıram.

“Bizə hələ də Rusiyaya tədarük edilə bilən və Rusiya tərəfindən öz sənayesində istifadə oluna bilən texnologiyalara embarqo lazımdır”, - deyə Yablonski əlavə edib.

Onun sözlərinə görə, sanksiyalarla yanaşı, müsadirə də lazımdı: "Bu tədbirlər Rusiyanın Avropadakı aktivlərinin dondurulması ilə kifayətlənməməlidir. Təbii ki, bu istiqamətdə də işlər artıq aparılır", - nazir müavini deyib.

Müxtəlif subyektlərin sanksiyalardan yayınması məsələsinə gəlincə, Yablonski etiraf edib ki, bu, hələlik böyük problem olaraq qalır: “Subyetlərin çoxu sanksiyalardan dolayı yolla yan keçmək, onlardan qaçmağın yaradıcı yollarını tapmaq üçün çox işlər görür. Biz bunu ən azı qaza görə ödənişlər məsələsində görürük, o zaman ki, bir çox şirkətlər və Aİ ölkələri buna baxmayaraq ödənişləri rəsmi olaraq avro və dollarla həyata keçirmək üçün "Qazprombank"da hesablar açmağa qərar verdilər ki, bu da faktiki olaraq dərhal rubla çevrilir”, - deyə o qeyd edib.

İyunun 3-də Aİ Şurası Rusiya Federasiyasına qarşı sanksiyaların altıncı paketini, o cümlədən Rusiyadan neft və neft məhsullarının kəmərlə tədarükünə təxirə salınmış embarqonu qəbul edib. Aİ ölkələri arasında altıncı paket üzrə müzakirə təxminən bir aya yaxın davam edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »