Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Litvinenkonun ölümündə ittiham edilən Dmitri Kovtun koronavirusdan ölüb
Litvinenkonun ölümündə ittiham edilən Dmitri Kovtun koronavirusdan ölüb

Britaniya hakimiyyətinin keçmiş FSB zabiti Aleksandr Litvinenkonun ölümündə günahlandırdığı sahibkar Dmitri Kovtun koronavirus infeksiyasının təsirindən vəfat edib.

Bizimyol.info xəbər verir ki, bu barədə şənbə günü TASS-a ona yaxın mənbə bildirib.

"Dmitri Kovtun bu gün Moskva xəstəxanalarından birində koronavirusun təsirindən dünyasını dəyişib", - deyə mənbə bildirib.

Kovtun 1965-ci ildə anadan olub və Silahlı Qüvvələrdə xidmət edib. Britaniya hakimiyyəti Kovtun və Andrey Luqovoyu Londonda keçmiş Rusiya FSB zabiti Aleksandr Litvinenkonun qətlində ittiham edib.

Kovtun özü də bu işdə İngiltərədə ona qarşı irəli sürülən ittihamları təkzib etməyə hazır olduğunu dəfələrlə bəyan edib. 2017-ci ildə o, ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilib. Kovtun TASS-a müsahibəsində bildirib ki, onun xaricdə heç bir mülkü yoxdur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »