Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ukraynada yaşayış məntəqələrini yenidən atəşə tutub
Rusiya Ukraynada yaşayış məntəqələrini yenidən atəşə tutub

Rusiya işğalçıları Nikolayeva yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Bu səhər Korabelnıy rayonu bir daha dağıntılara məruz qalıb.

Bizimyol.info xəbər verir ki, bu barədə şəhər meri Aleksandr Senkeviç məlumat verib.

Merin sözlərinə görə, saat 15:00-a olan məlumata görə, üç nəfərin öldüyü məlum olub. Onlardan ikisi atışma nəticəsində hadisə yerində, bir nəfər xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Bundan əlavə, daha dörd nəfər yaralanıb - həkimlər onların həyatını xilas etmək üçün mübarizə aparırlar.

"Üç hündürmərtəbəli binanın dağıdılması barədə ilkin məlumat var. İndi biz ətraflı məlumat toplayırıq. Daha sonra sizə deyə bilərəm", - deyə Senkeviç əlavə edib.

"İşğalçılar Nikolayeva atəşə tutulmasını gücləndirirlər", - deyə bu barədə bir gün əvvəl Nikolayeva vilayəti dövlət administrasiyasının sədri Vitali Kim məlumat verib. "Həm də, şəhər müvəqqəti işğal olunmuş Xerson vilayəti ərazisindən rus işğalçıları tərəfindən 10-dan çox mövqedən atəşə tutulur", - deyə o əlavə edib.

Eyni zamanda, Nikolayeva müdafiə hərbi komendantlığı şəhərin iki rayonunun, eləcə də şəhərətrafı qəsəbələrin sakinlərinə müvəqqəti olaraq təhlükəsiz yerlərə getməyi tövsiyə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »