Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mədəniyyət İdarəsinin müdiri korrupsiya cinayətlərində ittiham olunur
Mədəniyyət İdarəsinin müdiri korrupsiya cinayətlərində ittiham olunur

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Verilən məlumatda bildirilir ki, əməliyyat nəticəsində Şəmkir Regional Mədəniyyət İdarəsinin müdiri Azər Rəcəbov saxlanılıb.

O, korrupsiya cinayətlərində şübhəli bilinir. A.Rəcəbovla yanaşı daha bir neçə vəzifəli şəxsin də saxlandığı bildirilir.

Baş Prokuorluğun Mətbuat xidmətindən “Report”a bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, A.Rəcəbov ötən ilin dekabrından Şəmkir Regional Mədəniyyət İdarəsinin müdiri vəzifəsində çalışır.

Son xəbərlər
Bütün xəbərlər »