Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlərdən qaraciyərlə bağlı maraqlı araşdırma
Alimlərdən qaraciyərlə bağlı maraqlı araşdırma

Alimlər qaraciyər hüceyrələrinə dair apardıqları yeni araşdırma ilə insanın yaşından asılı olmayaraq hər bir qaraciyərin 3 yaşında olduğunu müəyyən ediblər.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, DNT ilə zəngin olan uzunömürlü hüceyrələr sayəsində mümkün olub.

“Cell Systems”-də işıq üzü görən yeni araşdırma, insanın neçə yaşında olmasından asılı olmayaraq, qaraciyərinin təxminən 3 yaşında olduğunu müəyyən edib. Məlumata görə, tədqiqatda 20 və 84 yaş arası 50 nəfərin biopsiya nümunələri araşdırılıb. Bədənimiz yaşlandıqca hüceyrələrin yenilənmə və bərpa sürəti zamanla azalsa da, yeni araşdırmalar qaraciyərdə “hepatosit” adlanan hüceyrələrdə belə olmadığını müəyyən edib. Belə ki, hepatosit hüceyrələrlə zəngin olan qaraciyər hüceyrələrini digər qaraciyər hüceyrələri ilə müqayisə etdikdə hüceyrələrin bərpasında əhəmiyyətli fərqlər aşkar edilib.

Mütəxəssislərə görə, zəngin DNT-yə malik hüceyrələr 10 ilə qədər yaşaya bilər. Yəni tipik hüceyrələr təxminən ildə bir dəfə yenilənsə də, DNT ilə zəngin olan hüceyrələrin qaraciyərdə on ilə qədər yaşaya bilir. DNT ilə zəngin olan hüceyrələrin bu xüsusiyyəti bizi zərərli mutasiyaların yığılmasından qoruyan qoruyucu mexanizm ola biləcəyi, digər hüceyrələrin isə yaşlandıqca bərpa sürətinin azaldığı irəli sürülüb.

Qeyd edilib ki, bu araşdırma qaraciyərin necə işlədiyinə işıq tutan bioloji mexanizmlər haqqında yeni və mühüm araşdırmadır. Alimlərin fikrincə, xəstəliklərdən qorunmaq üçün orqanları bilmək çox vacibdir. Elə buna görə də, alimlər ürək və digər orqanlarda hüceyrələrin nə qədər sürətlə yeniləndiyini araşdırmağa davam edirlər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »