Yunanıstanın Türkiyədəki səfiri Xristodulos Lazaris ölkəsinin terror təşkilatlarına verdiyi imkanlar və Türkiyənin Afinadakı səfirliyi ətrafında PKK-ya nümayiş təşkil etdiyi üçün Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.
Əldə edilən məlumata görə, nazirliyə çağırılan Lazarisə Türkiyənin bu rahatsızlıq yaradan mövzu ilə bağlı fikirləri və reaksiyaları çatdırılıb. Lazarisə sözügedən terror təşkilatlarının Yunanıstanda asanlıqla təbliğat, maliyyələşdirmə və işə götürmə fəaliyyətləri həyata keçirdikləri, Yunanıstanın terrorla əlaqəli çevrələr üçün etibarlı sığınacaq kimliyinin artdığı ifadə edilib. Türkiyənin təhlükəsizliyini təhdid edən terrorçuların hər cür logistika və təlim imkanlarından yararlandığı Lavrion düşərgəsinin nümunəsi Lazarisə göstərilib.
Lavrion düşərgəsinin PKK-nın İraq və Suriyadakı düşərgələri ilə müqayisə oluna biləcək bir terror nöqtəsinə çevrildiyi də deyilən Lazaris, bu düşərgədən başlayan və açıq-aşkar PKK-ya çevrilən hərəkətə görə Türkiyənin reaksiyası, Türkiyənin Afinadakı səfirliyi ətrafında nümayiş mövzu ilə bağlı fikirlərini çatdırıb. Görüş zamanı Yunanıstandakı türk nümayəndələrinin və vətəndaşlarının təhlükəsizliyi ilə bağlı narahatlıqlar da ifadə olunub. Tterrorla mübarizədə səmərəli əməkdaşlıq gözləntiləri bir daha vurğulanıb.
Yunanıstanın terrorla mübarizədə qonşuluq münasibətlərindən və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməli olduğu da vurğulanıb.
Qadir, Bizimyol.info