Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya əsgərləri soyuduculara yapışdırılan maqnitləri də oğurlayır
Rusiya əsgərləri soyuduculara yapışdırılan maqnitləri də oğurlayır

Rusiyalı hərbçilərin Ukraynada davranışı dünyada gülüşlə qarşılanır. Onlar qonşu ölkədə ələ keçirdikləri ərazilərdə məişət əşyalarını, hətta unitaz belə oğurlayırlar. Buna görə Avropada suvenir mağazalarında qucağında unitaz tutmuş rusiyalı hərbçi heykəlciklərini satışa çıxarıblar. Rusiyalı hərbçilər lağ obyektinə çevrilib. Yayılan videogörüntülərin birində Buryatiyadan olan əsgər anası etiraf edir ki, oğlu Ukraynadan ona paltaryuyan maşın göndərib.

Bizimyol.info xəbər verir ki, Ukrayna xüsusi xidmət orqanları rusiyalı hərbçilərlə bağlı növbəti səsyazısını yayıb. Burada onların soyuduculara yapışdırılan maqnitləri də oğurladığı üzə çıxır. Rusiyalı hərbçilərdən biri qardaşı ilə telefon əlaqəsi saxlayıb. O, Ukraynada gördüklərindən heyrətini gizlədə bilmir.

“Nə qədər maqnit suvenir toplamışam. Yerləşdiyimiz evdən götürdüm. O qədər səyahət ediblər ki... Çində, İtaliyada, Parisdə olublar. Uzun sözün qısası, çox yerdə. Onlara lazım deyil, hamısını götürdüm”.

Rusiyalı hərbçi başqa əşyalardan da danışır. O, kofe aparatlarını götürə bilmədiyinə görə təəssüflənir.

“Aparatın biri 40 min rubldur. Hamısı yandı. Yanmasaydı, sənə göndərərdim. Varlanardıq. Azı 400 min edəcəkdi. Nə qədər şey oğurladıq amma. “Bolqarka” götürdük. Mən bir çanta krem toplamışam. Gətirib anama, qızın anasına verəcəyəm”.

Söhbətin gedişindən hiss olunur ki, hərbçi oğurladığı əşyalara görə çox sevinir. Qardaşı da sevincini gizlətmir.

Bu qədər baş verənlərə baxmayaraq, Kreml hələ də Ukraynada terrorçuluğa qarşı mübarizə apardığını iddia edir. Maqnit suvenirlər, krem oğurlamaq nə vaxtdan terrora qarşı mübarizə sayılır? Dünyanın ən böyük ölkəsi lağ obyektinə çevrilib. Rusiya ordusu özünü rüsvay etməkdən başqa bir iş görmür. Onsuz da hərbi müstəvidə böyük uğursuzluq qeydə alınıb. Üstəlik, hərbçilərin özünü acgöz aparması Rusiya adına biabırçı hadisədir. Müharibə bir gün bitəcək. Amma Rusiya ordusu bir daha əzəmətli imici ilə öyünə bilməyəcək.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »