Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qaçırılan" təyyarənin yatan pilotları işdən qovulub
"Qaçırılan" təyyarənin yatan pilotları işdən qovulub

İtaliyanın "ITA Airlines" şirkətinə məxsus sərnişin təyyarəsinin kapitanı və ikinci pilotu uçuş zamanı eyni vaxtda yataraq hava yollarında qarışıqlıq yaradıblar.

Bizimyol.info xəbər verir ki, İtaliya mətbuatının verdiyi məlumata görə, hadisə bu günlərdə qeydə alınıb.

Məlum olub ki, İTA Hava Yollarına məxsus Nyu-Yorkdan Romaya uçan sərnişin təyyarəsinin pilotları Fransanın Marsel şəhəri üzərində uçuşu zamanı yuxuya gediblər və onlara edilən bütün zənglər cavabsız qaldığından, pilotlarla əlaqə saxlamaq mümkün olmayıb.

Marseldə təyyarə ilə əlaqə saxlamaq mümkün olmadığından sərnişin təyyarəsi qaçırılmış ola bildiyi üçün səlahiyyətlilər tədbir görüb. Bir neçə dəqiqə sonra pilotlarla əlaqə saxlanılsa da, insident böhrana səbəb olub. Kapitan pilot radioda yalnız bir nasazlıq olduğunu iddia edərkən, aviaşirkətdən verilən açıqlamada idarəetmə panelində xoruldama səslərinin eşidildiyi qeyd edilib.

Kapitanın iddiasından sonra başlanan texniki ekspertiza nəticəsində radioda hər hansı nasazlıq aşkar edilməyib. Mayın 1-də baş verən hadisədən sonra kapitan pilotlar səbəb olduqları qarışıqlığa görə işdən çıxarılıblar.

Sözü gedən sərnişin təyyarəsi Marsel üzərində olarkən, təyyarə ilə əlaqə yarada bilmədikdə, məsul şəxslər müxtəlif ssenarilərə hazır olmaq məqsədi ilə, Fransa və İtaliya rəsmiləri ilə əlaqə saxladılar. Hva yollarının idarə edilməsi üzrə rəhbər şəxslər iki döyüş təyyarəsinin hazırlanmasına qərar verilərkən, pilotlarla bir daha əlaqə saxlanmağa çalışıldı. Qırıcı təyyarələr havaya qalxmağa hazırlaşarkən pilotlar zənglərə cavab veriblər. Bir neçə dəqiqəlik çaxnaşmadan sonra həyəcan vəziyyəti dayandırılıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »