"Rusiya rəhbərliyinin Ukrayna ərazisini işğal etmək, ələ keçirmək və ya əsarət altına almaq arzusu yoxdur".
Bizimyol.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko cümə günü jurnalistlərə deyib.
"İnanın mənə, Rusiya Prezidenti Vladimir Putin, Rusiya hərbçiləri, onların heç birinin Ukraynanı ələ keçirmək həvəsi yoxdur, bu, başqa bir şeydir. Onlar sadəcə, göstərdilər ki, Rusiya ilə hesablaşmaq lazımdır. Rusiya prezidentini təhqir etməyə ehtiyac yox idi. Bütün ukraynalıların danışdığı rus dilini boğmağa ehtiyac yox idi. Hətta bəzilərinin dediyi kimi, millətçilik yönümlüdür. Rusiyanın işğal etmək, əsarətə almaq, ələ keçirmək və s. həvəsi yoxdur”,- deyə Belarus dövlət başçısı Lukaşenko qeyd edib.
O, Rusiya rəhbərliyi üçün “Rusiyanın təhlükəsizliyini” əsas məsələ hesab edir."Mən Rusiya prezidentini başa düşürəm. Mövzuları müxtəlif cür müzakirə edirik, lakin o, təkcə Rusiya deyil, Belarusun da hücuma məruz qaldığını deyəndə heç nə deyə bilmərəm",- ölkə rəhbəri deyib.
“Biz özümüzü necə müdafiə edəcəyimiz, hücumun mümkün olacağı yerdə sabitlik yaratmaq, bu müharibə meydanına girməmək və onun qarşısını almaq barədə düşünməliyik”,- deyə Belarus prezidenti qeyd edib.
Lukaşenko amerikalı maliyyəçi Corc Sorosun Ukraynada münaqişənin dərinləşəcəyi təqdirdə üçüncü dünya müharibəsinin başlaması ilə bağlı qorxularını bölüşdüyünü bildirib: "İndi Ukraynada onları dayandırmasalar, Soros haqlıdır. Biz indi Ukraynada dayanmalıyıq. Əlbəttə indi dünyada elə gərginlik yaranıb ki, hər an hər şeyin dəyişə biləcəyi mümkündür. Bir qərar dünyanın sonunu tezləşdirə bilər. Çünki o qərarı vermək üçün çox təhrikedici müqavilələr bağlanıb, planlar qurulub",- Belarus prezidenti deyib.
Qeyd edək ki, Lukaşenko proseslərin indiki axarında öz hakimiyyətini itirməkdən qorxur. Rusiyanın Ukraynada məğlubiyyəti Belarusun da məğlubiyyəti olacaq və Lukaşenkoya böyük faciələr yaşadacaq.
Qadir, Bizimyol.info