Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əsas məqsəd “Böyük Qayıdış”ı həyata keçirməkdir"
"Əsas məqsəd “Böyük Qayıdış”ı həyata keçirməkdir"

30 il idi ki, torpaqlarımız işğal altında idi. 30 il idi ki, heç kəs səsimizi eşitmək istəmirdi. Torpaqlarımıza təcavüz edilmişdi, tarixi abidələrimiz, yaşayış məntəqlərimiz yerlə-yeksan edilmişdi. İzimizi heç o torpaqlarda yaşamamışıq kimi silməyə çalışırdılar. 2020-ci ildə ordumuz qələbə çaldı. Torpaqlarımız işğaldan azad olundu. Qarşıda isə bizi “Böyük qayıdış” gözləyirdi. Təbii ki, bu asan bir proses deyil. Torpaqların minalardan təmizlənməsi, infrastrukturun yenidən qurulması, əhalinin köçürülməsi hələ uzun zaman alacaq.

“Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən Şanlı Qələbəmiz bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, qoruyuruq və əbədi qoruyacağıq. Bu gün “Böyük qayıdış” dediyimiz prosesə start verildi. “Böyük qayıdış”ın birinci kiçik addımı, bax, bu gün atılır”. Bu barədə Prezident İlham Əliyev, Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib.

Mütəxəssislərin fikrincə, işğaldan azad edilən ərazilərimiz Azərbaycan iqtisadiyyatına bərpa və yenidənqurma prosesindən sonra təxminən 5 milyard manata yaxın yeni dəyər qazandıracaq. 30 illik işğaldan sonra torpaqların azad edilməsi hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Uzun illər dədə-baba torpaqlarından uzaq düşmüş həmvətənlərimiz nəhayət ki, öz torpaqlarına geri dönə biləcəklər. Və onların əksəriyyəti 30 illik sıxıntılardan, yurd həsrətindən sonra rahatlığa qovuşacaq.

Deputat Arzu Nağıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, torpaqların işğaldan azad edilməsindən sonra qarşı qoyulacaq əsas məqsəd “Böyük Qayıdış”ı həyata keçirməkdir.

Arzu Nağıyev Arzu Nağıyev

“Məlum məsələdir ki, bunun da öz çətinlikləri var. Əsas məqam ondan ibarətdir ki, bu gün Şuşa artıq bərpa olunur. Şuşada demək olar ki infrastrukturun bərpası istiqamətində ciddi addımlar atılır. Ərazilər minalardan təmizlənir. Məktəblərin və digər dövlət infrastrukturlarının istiqamətində ciddi addımlar atılır. Böyük tikintilər gedir. Yol infrastrukturu həyata keçirilir. Bu gün artıq Zəfər yolu və digər alternativ yolların çəkilməsi də davam etdirilir. Burada dövlət başçısının tapşırığıa əsasən böyük işlər həyata keçirilir. Paralel olaraq, istər Ağdam istər Kəlbəcər, Zəngilan, Füzuli və s. bu istiqamətlərində də işlər davam etdirilir” - deyən deputat bildirir ki, infrastrukturların qurulmasına əsas maneə ərazilərin minalardan təmizlənməsidir. Bu proses başa çatdıqdan sonra işlər daha da sürətlə davam etdiriləcək.

“Cənab prezident Füzulidə, Zəngilanda və digər rayonlarda təməl qoyma mərasimlərində, eyni zamanda Azərenerji və digər infrastrukturların açılması, Suqovuşan istiqamətində və demək olar ki, bütün istiqamətlərdə təməl qoyma mərasimlərində, iştirak edir. Bu çox maraqlı bir məqamdır. İlk addım olaraq düşünürəm ki, bu ay biz Zəngilanın Ağalı kəndinə artıq “Böyük Qayıdış”-ın ilkin addımlarının şahidi olacağıq. Artıq bu istiqamətdə evlər demək olar ki, hazırdır. Tikinti işlər davam etdirilir. Məktəblərin açılması istiqamətində söhbətlər gedir və bu istiqamətdə addımlar atılır, təyinatlar həyata keçrilir. Bu təqdirəlayiq bir haldır” - deyə deputat bildirib.

Deputat deyir ki, “Böyük Qayıdış”a artıq başlanılıb. Əsas məqsədimiz isə hər bir Azərbaycan vətəndaşının rifahı, ərazilərmizin, suverenliyimizin qorunması və ərazilərmizə olan təhdidin qarşının alınmasıdır. Bu işdə heç bir məsələdə bizə mane olacaq, heç bir amil yoxudr. Əsas məsələ odur ki, xarici şirkətlər də artıq sərmayə qoyulması ilə bağlı maraq göstərir. Bir sıra rayonların lahiyələndirilməsi istiqamətində ən uğurlu xarici şirkətlər iştirak edir.

Qeyd edək ki, Zəngilanın Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.

Xatırladaq ki, bir müddət əvvəl dövlət başçısı və birinci xanım Ağalı kəndində olub, qurulan infrastrukturla yaxından tanış olublar. Ötən gün isə, Ağalı kənd orta məktəbinə direktor təyinatı olub. Bu vəzifəyə Ağalı kənd sakini Nərmin Həsənova təyin edilib.

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Son xəbərlər
Bütün xəbərlər »