Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden üsyan etdi: "Bəsdir! Allah xatirinə, adi vətəndaş niyə hücum silahı alsın?”
Bayden üsyan etdi: "Bəsdir! Allah xatirinə, adi vətəndaş niyə hücum silahı alsın?”

ABŞ son günlər silsilə silahlı hücumlarla sarsılıb. Bu yaxınlarda Ayova ştatındakı Cornerstone kilsəsində və Viskonsin ştatında dəfn mərasimi zamanı atışma son damla olub. ABŞ prezidenti Co Bayden Konqresi silah zorakılığının qarşısını almağa çağırıb, Rasin meri Cory Mason isə uşaqlar üçün komendant saatı elan edib.

Bizimyol.info xəbər verir ki, sözügedən atışma mayın 20-də polis tərəfindən güllələnərək öldürülən 37 yaşlı Da'Şontay Kinqin dəfn mərasimində baş verib.Həmin dəhşətli anlar mərasimdəki bir şəxsin mobil telefonunun kamerasına saniyə-saniyə əks olunub. Görüntülərdə insanların böyük qorxu yaşadığı, ətrafdakıların təşviş içində qaçdığı görülür.

"Biz onu dəfn etmək üçün qəbiristanlıqda idik və birdən güllələr hər yerə uçdu", -deyə hadisə şahidlərindən biri bildirib. Cənazəyə doğru çoxlu atəş açıldığını izah edən Racine polisi 2 nəfərin yaralanaraq xəstəxanaya aparıldığını açıqlayıb. Şahidlər 20-30 atəş səsi eşitdiklərini bildiriblər. Hücum edənin taleyi ilə bağlı heç bir açıqlama verilməyib.

Racine Bələdiyyə Başçısı Kori Meyson verdiyi açıqlamada, uşaqlar üçün həftəsonu komendant saatının elan edildiyini və 18 yaşından kiçik hər kəsin yerli vaxtla saat 23:00-da evdə olması lazım olduğunu bildirib.

Silahlı hücumun baş verdiyi digər ştat isə Ayovadır. Story County Şerif Ofisindən verilən açıqlamaya görə, hücumçu Cornerstone Church parkında iki qadını güllələyərək öldürüb, sonra isə özünü öldürüb.

ABŞ prezidenti Co Bayden son vaxtlar ölkədə artan silahlı hücumlarla bağlı Ağ Evdə açıqlamalar verib. Keçən həftə Texas ştatında 19-u uşaq olmaqla 21 nəfərin, 12 gün əvvəl Nyu-Yorkda isə 10 nəfərin öldürüldüyünü xatırladan Bayden həyatını itirənlərin ailələri ilə görüşdüyünü bildirib və deyib: “Hamının bir mesajı var idi. Onlar deyirdilər ki, “sadəcə bir şey et, Allah rizası üçün bir şey et”. Bu dəfə həqiqətən nəsə etməliyik. Qarşılaşdığımız problem vicdan və sağlam düşüncə problemidir”.

Konstitusiyaya 2-ci dəyişiklikdə heç kimin silaha sahib olmaq hüququna məhəl qoymadığını və ABŞ-da hansı silahların alına biləcəyi ilə bağlı hər zaman məhdudiyyətlərin olduğunu söyləyən Bayden, “məsələn, pulemyotlar təxminən 20 ildir federal səviyyədə tənzimlənir. Bu heç kimin haqqını əlindən almaq deyil. Bu, uşaqları, onların ailələrini, bütün ictimaiyyəti, güllələnmədən və öldürülmədən məktəbə, bazara və kilsəyə getmək azadlığımızı qorumaqdır”,-deyə vurğulayıb.

"Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin açıqladığı yeni məlumatlara görə, silah ABŞ-da uşaqların bir nömrəli qatilidir. Avtomobil qəzalarından, xərçəngdən daha çox. Son 20 ildə polis və əsgərlərin ümumi sayından daha çox məktəb yaşlı uşaq silahlı zorakılıq nəticəsində həlak olub. Fikir verin, silahla öldürülən polislərdən çox uşaq, silahla öldürülən əsgərlərdən daha çox uşaq. Allah xatirinə, daha nə qədər qırğınları qəbul edəcəyik? Biz “bəsdir” demədən daha nə qədər günahsız amerikalı öləcək”,-deyə Bayden hərəkətə keçməyə çağırıb.

"Mən bilirəm ki, biz hər bir faciənin qarşısını ala bilməyəcəyik" deyən Bayden silahlı zorakılıqla mübarizə planlarına toxunaraq, "ancaq mən bunu etməli olduğumuza inanıram. Budur, Amerika xalqının böyük əksəriyyəti bizim etməli olduğumuz şeylərə inanır. Texas ştatının Buffalo şəhərindəki ailələr bizə nə etməli olduğumuzu söylədilər. Biz hücum silahlarını qadağan etməliyik. Hücum silahlarını qadağan edə bilmiriksə, onları almaq üçün yaş həddi 18-dən 21-ə qaldırılmalıdır. Silah satışı ilə bağlı fon yoxlamalarını gücləndirin. Silah istehsalçılarını məsuliyyətdən saxlayan toxunulmazlığı qaldırın. Silah zorakılığının travmasını dərinləşdirən və bu zorakılığın nəticəsi olan psixi sağlamlıq böhranını nəzərdən keçirək. Bunlar rasional, ehtiyatlı tədbirlərdir.

Bəsdir! Yetər! Allah xatirinə, adi vətəndaş niyə 30 güllə ilə hücum silahı alsın?”,- deyə Bayden əlavə edib.

Qeyd edək ki, Baydenin çıxış etdiyi salonda silahlı zorakılıq nəticəsində həyatını itirənlərin xatirəsinə şamlar qoyulub.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »