ABŞ tərəfindən verilən silahlarla Ukraynanın Rusiyanın təcavüzünə cavab vermək hüququ var, amma Kiyev Rusiya ərazisindəki hədəfləri Qərb silahları ilə vurmayacağına söz verib.
Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı danışıb. “Ukraynanın Rusiyanın təcavüzünə cavab vermək hüququ var”. Hər bir ölkə kimi öz ərazisini müdafiə etmək hüququ var. Ona görə də biz müdafiə silahlarının tədarükünü təmin etmişik. Düzdür, biz ukraynalı tərəfdaşlarımızdan Rusiya ərazisindəki hədəfləri vurmaq üçün bu silahlardan istifadə etməyəcəklərinə dair təminat almışıq”-deyə o əlavə edib.
Praysın fikrincə, Rusiya qoşunlarının Ukrayna daxilində Rusiya sərhədindən xeyli uzaqda olan ərazilərdə yerləşdirilməsi kədərli reallıqdır. Dövlət Departamentinin nümayəndəsi vurğulayıb ki, Ukraynadakı hərbi əməliyyatların hər mərhələsində ABŞ və digər ölkələr Ukrayna tərəfdaşlarına tam olaraq istədiklərini təqdim ediblər.
Onun sözlərinə görə, ABŞ -ın əsas məqsədi bu müharibənin bitməsidir ki, bunun üçün də əlindən gələni edir. O, əmin edib ki, ABŞ həm döyüş meydanında, həm də danışıqlar masası arxasında Ukraynanın mövqeyini gücləndirəcək.
“Lakin biz həm də diqqətli və əmin olmaq istəyirik ki, nə biz, nə də beynəlxalq ictimaiyyət bu münaqişəni lazımsız şəkildə davam etdirə biləcək heç bir iş görməsin”, – Prays əlavə edib.
Onun sözlərinə görə, indi müharibəni davam etdirməyə çalışan Rusiyadır. "Ukrayna bu gün döyüşü dayandırsa, sabah suveren, müstəqil Ukrayna dövləti olmayacaq. Əgər Rusiya bu gün döyüşü dayandırsa, o zaman müharibə olmayacaq", - ABŞ Dövlət Departamentinin sözçüsü əlvə edib.
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden iyunun 1-də Ukraynaya Yüksək Mobilitetli Raket Artilleriya Sistemləri (HIMARS) daxil olmaqla yeni təhlükəsizlik yardım paketini elan edib. Ukraynanın inadla tələb etdiyi MLRS-ə bu silahları Rusiyadakı hədəflərdə istifadə etməmək üçün siyasi öhdəlik verilib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə bildirib ki, Rusiya Ukraynadakı qərar qəbuletmə mərkəzlərini atəşə tutacaq. O, xüsusilə bu mərkəzlərin Kiyevdə olmadığını dilə gətirib.
İlahin, Bizimyol.info