Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu Ukraynada taktikanın təkmilləşdirilməsi və hərbi əməliyyatların sürətləndirilmiş templə aparılmasını nəzərdə tutan "xüsusi əməliyyat" üçün yeni vəzifələr qoyub.
Bizimyol.info xəbər verir ki, bunu Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Moskvada nazirlə görüşdən sonra deyib. O, bu barədə "Telegram" kanalında məlumat verilib.
Çeçenistan lideri Şoyqu ilə görüşün səmərəli keçdiyini vurğulayıb. “Sergey Kujugetoviç gələcək taktikaların təkmilləşdirilməsini nəzərdə tutan yeni vəzifələr müəyyənləşdirdi. Görülən tədbirlər hücum manevrlərinin effektivliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək ki, bu da xüsusi əməliyyatın daha sürətlə aparılmasına kömək edir”, - deyə Kadırov yazıb.
Onun sözlərinə görə, görüş zamanı Şoyqu Ukraynada olan çeçen döyüşçülərinə təşəkkür etməyi xahiş edib. Mayın sonunda Müdafiə Nazirliyinin rəhbəri vurğulamışdı ki, Qərbin Ukraynanı dəstəkləməsinə baxmayaraq, Rusiya "xüsusi əməliyyat"ı davam etdirəcək.
Bundan əvvəl Çeçenistan rəhbəri Qroznıdan Donbasa yeni könüllülər qrupunun göndərilməsi barədə məlumat verib.
Qeyd edək ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukrayna ərazisində "xüsusi hərbi əməliyyat"ın başladığını elan edib. Belə ki, onun sözlərinə görə, "Rusiya Donetsk və Luqansk Xalq Respublikaları"nın rəhbərlərinin hərbi yardım tələblərinə cavab verib.
Qadir, Bizimyol.info
P.S: Müharibənin 100-cü günü nazirin hərbi əməliyyatların sürətləndirilmiş templə aparılmasını nəzərdə tutan yeni tapşırıqlar verdiyini deyən Çeçenistan rəhbəri Ramzan Kadırov hərbi əməliyyatların başlandığı ilk günlərdə Ukraynanın ən qısa zamanda işğal olunacağını demişdi. Hətta Polşanın da üç gün ərzində "nəzarətə götrrüləcəyi" barədə fikir səsləndirmişdi. Atası Futbol meydançasında partladılaraq öldürüləndən sona onun yerinə Çeçenistan rəhbəri təyin olunan Kadırovun hələki verdiyi proqnozlar özünü doğrultmayıb. Bu isə onun general kimi ilk açıqlamasıdır. Bundan sonra güman ki, hərbi əməliyyatlar barədə açıqlama verərkən daha detallı düşünər, çünki o artıq rəsmi olaraq generaldır.