Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko da Putinin oduna yanır: ABŞ-dan növbəti sanksiya dalğası
Lukaşenko da Putinin oduna yanır: ABŞ-dan növbəti sanksiya dalğası

ABŞ Ticarət Nazirliyi Rusiya və Belarusdan olan 71 hüquqi şəxsə qarşı ixrac məhdudiyyəti qoyub.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, Federal Reyestrdə dərc edilən sənəddə bildirilir ki, ABŞ Ticarət Nazirliyi ABŞ İxrac İdarəetmə Qaydalarına düzəlişlər edərək, ticarət məhdudiyyətlərinə məruz qalan qurumlar siyahısına 71 qurumu əlavə edib.

"Bu qurumlar milli təhlükəsizlik maraqlarına və ABŞ-ın xarici siyasətinin maraqlarına zidd fəaliyyət göstərir", -deyə sənəddə bildirilir.

Siyahıya, xüsusən də “Almaz” Mərkəzi Dəniz Layihə Bürosu, “Rubin” Mərkəzi Dəniz Mühəndisliyi Layihə Bürosu, S.V.İlyuşin Aviasiya Kompleksi, A.S.Yakovlev Eksperimental Layihə Bürosu daxildir.

Bununla yanaşı, Rusiya Müdafiə Nazirliyinin Dərin Dəniz Tədqiqatları Baş İdarəsi, Kimya Mühəndisliyi Konstruktor Bürosu, “Sapsan” Elmi-İstehsalat Mərkəzi, Rusiyanın telekommunikasiya şirkəti Voentelekom, “Rosatom”a daxil olan Rusiya Federal Nüvə Mərkəzi - Ümumrusiya Tədqiqat Eksperimental Fizika İnstitutu, Moskva Elektromexanika və Avtomatika İnstitutu ə digər müəssisələr “qara siyahı”ya salınıb.

Qeyd olunur ki, yuxarıda adı çəkilən təşkilatlar “Rusiya silahlı qüvvələrinə dəstək məqsədilə ABŞ-dan malların alınması və əldə edilməsi cəhdlərinə görə” siyahıya daxil edilib. Siyahıya həmçinin “Qazprom Neft Şelf”, Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiya Ötürmə Problemləri İnstitutu və “Bioloji Sintez Sistemləri-SBS” MMC daxildir.

Eyni zamanda ABŞ Maliyyə Nazirliyinin (OFAC) Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiya prezidenti Vladimir Putini və Rusiya elitasının nümayəndələrini dəstəkləyən şəxsləri əlavə etməklə sanksiyalar siyahısını genişləndirib.

Ümumilikdə, ABŞ-ın yeni sanksiyalar paketi 23 fiziki və 16 hüquqi şəxsə, həmçinin 7 yaxtaya (ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, bəziləri şəxsən Putinə aid ola bilər) və 3 təyyarəyə şamil ediləcək.

Bu siyahıda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov, Rusiya Federasiyasının tikinti və mənzil-kommunal təsərrüfat naziri İrek Fayzullinə qarşı sanksiyalar tətbiq olunacaq. Sanksiyaya məruz qalanlar arasında ABŞ Maliyyə Nazirliyinin “prezident Putinin ofşor aktivlərini idarə edən sistemin bir hissəsi” adlandırdığı Sergey Rolduqin, həmçinin Rolduqinin həyat yoldaşı, opera müğənnisi Yelena Mirtova da var.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »