Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya orta əsrlərdə olduğu kimi müharibə aparır"
"Rusiya orta əsrlərdə olduğu kimi müharibə aparır"

Rusiyanın müharibə üsulları - mülki əhalinin geniş miqyasda öldürülməsi, mənzillərin dağıdılması, qarət edilməsi orta əsrlərlə eyniləşdirilir.

Bizimyol.info xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter bu təşkilatın Daimi Şurasının Vyanada keçirilən iclası zamanı deyib.

"15 həftəlik vəhşilik. 15 həftəlik zorakılıq, saysız edamlar, məcburi deportasiyalar, zorlamalar, filtrasiya düşərgələri və dağıntılar barədə məlumatlar Rusiya Federasiyasının həyata keçridiyi qırğınların miqyasını tam başa düşməkdə çətinlik yaradır.

15 uzun həftədir ki, Rusiya Ukraynanın mülki əhalisinə qarşı qəsdən zorakılıq edir və bu dəhşətli əməllərin həddi-hüdudu yoxdur”,- deyə o bildirib.

Karpenter qeyd edir ki, Rusiyanın çoxlu müasir müharibə silahları var. Yüzlərlə kilometr uçan qanadlı raketlər heyrətamiz dəqiqliklə hədəfi vurur. Onun havadan, dənizdən və qurudan buraxıla bilən dəqiq idarə olunan sursatları var. Belə olan halda bəs niyə bu müharibə sanki orta əsrlərdə baş verirmiş kimi aparılır? Niyə bu qədər mülki insan müharibənin dəhşətlərinə dözməlidir? Maykl Karpenterin fikrincə, belə "sadist vəhşiliklərin və süzgəcdən keçirmə prosesinin" yalnız bir məqsədi ola bilər. Bu məqsəd isə Ukraynanın ərazilərini daha asan mənimsəmək üçün Rusiya Federasiyasının hazırda nəzarət etdiyi ərazilərdə Ukrayna dövlətçiliyi konsepsiyasını inkar etməkdir.

Karpenter hesab edir ki, bu vəhşiliyi yalnız onunla izah etmək olar ki, Rusiyanın məqsədi mülki əhalini öz evlərini tərk etməyə məcbur etmək və bununla da işğal olunmuş ərazilərdə yerli əhalidən xilas olmaqdır. O əlavə edib ki, işğal olunmuş ərazilərdə sərvətləri talamaq və əhalini qaçmağa məcbur etmək başqa bir orta əsr taktikasıdır.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putinin Mariupolda orta əsrlərdə məşhur olan “təkmilləşdirilmiş” mühasirə taktikasından istifadə etdiyi iddia edilirdi.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »