Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada  biznes mərkəzi yanır, binada insanlar var
Moskvada  biznes mərkəzi yanır, binada insanlar var

Moskvanın qərbindəki "Grand Setun Plaza" biznes mərkəzində yanğın hadisəsi baş verib.

Bizimyol.info xəbər verir ki, bu barədə TASS Fövqəladə hallar xidmətindəki mənbəyə istinadə xəbər verib.

"İlkin məlumata görə, yanğının sahəsi 1000 kvadratmetrdir. Yanğının söndürülməsinə 180 nəfər və 41 texnika cəlb olunub", - Fövqəladə Hallar Nazirliyindən bildirilib. Nazirlikdən verilən məlumata görə, Qorbunova küçəsində yerləşən biznes mərkəzində yanğın baş verməsi barədə məlumat saat 09:31-də daxil olub.

Binanın altıncı və yeddinci mərtəbələrində bir neçə nəfər yanğının baş verən mərtəbələrdə qalıb. Mənbə bildirib ki, yanğının çətinliyi reytinqi mümkün beşdən beşinciyə qaldırılıb.

Daha əvvəl yanğının üçüncü dərəcəli mürəkkəbliyi və ilk dörd mərtəbənin açıq yanması barədə məlumat verilmişdi.

Hazırda evakuasiya aparılır.  Yanğınsöndürənlər hadisə yerinə 15 təcili yardım maşını gətirilməsini istəyiblər. Biznes mərkəzinə bitişik küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Biznes mərkəzinə bitişik küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Moskvanın Nəqliyyat Departamentinin Teleqram kanalına istinadən xəbər verir ki, Qorbunova küçəsi ilə avtomobillərin hərəkəti dayandırılıb, sürücülərə alternativ yoldan istifadə marşrutları seçmək tövsiyə olunub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fövqəladə hallar naziri Aleksandr Kurenkov yanğın yerinə gəlib. Onun müavini İlya Denisov da hadisə yerindədir. Mənbə bildirib ki, o, departamentin Yanğınla Mübarizə Baş İdarəsinə nəzarət edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »