Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlunun müavini ABŞ-ın BMT-dəki daimi nümayəndəsi ilə Suriyanı müzakirə edib
Çavuşoğlunun müavini ABŞ-ın BMT-dəki daimi nümayəndəsi ilə Suriyanı müzakirə edib

Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal ilə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild arasında telefon danışığı olub.

Bu barədə "Report"a Türkiyə XİN-dən məlumat verilib.

Qeyd olunub ki, Hatayda səfərdə olan daimi nümayəndə Tomas Qrinfild BMT-nin himayəsi altında irəliləyişlərin nəzərə çarpması, siyasi proseslər nəticəsində Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə əsaslanaraq Suriyadakı münaqişənin davamlı həlli istiqamətində göstərdiyi səylərə görə Türkiyəyə təşəkkür edib.

Türkiyəli nazir müavini isə öz növbəsində, PKK-YPG-PYD terror təşkilatlarının təkcə Suriyanın ərazi bütövlüyünə deyil, həm də Türkiyəyə qarşı təhdid olduğunu bildirib: “2019-cu ilin oktyabrında ABŞ və Rusiya ilə əldə etdiyimiz razılaşmaların müddəaları bu günə qədər yerinə yetirilməyib, bu bölgədən ölkəmizə qarşı terror təhlükəsi son zamanlar daha da artıb və Türkiyəni hədəf alan bu hücumlara görə dünya birliyi də məsuliyyət daşıyır".

Sedat Önal Türkiyənin bu məsələyə laqeyd qalmayacağını ölkənin milli təhlükəsizlik maraqlarını təhdid edən terror təşkilatlarına qarşı lazımi tədbirlərin alınacağını vurğulayıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »